“Mosulda qardaşlarımız var, kənarda qalmağımız mümkün deyil” Türkiyə prezidenti

Dünya 15:00 17.10.2016

"Eurasia Diary" NTV kanalına istinadən məlumat verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada keçirilən Beynəlxalq Hüquq Konqresindəki çıxışında  “Türkiyəyə deyirlər ki, Mosula girmə. Necə girməyək? İraqla 350 km sərhədimiz var, heç İraqla əlaqəsi olmayanlar oradadır” söyləyib. 

Qeyd edək ki, R. T. Ərdoğan vurğulayıb ki, Türkiyə Mosul əməliyyatında da, əməliyyatdan sonra masada da olacaq: “Çünki orada bizim üçün bir tarix var. Kimsə bizdən Başika düşərgəsini tərk etməyimizi gözləməsin. Məsələ terror təşkilatına qarşı mübarizədirsə, əvvəldən biz bu mübarizəni aparırıq. Mosullu qardaşlarımızı, o cümlədən peşmərgələri İŞİD-ə qarşı hazırlayan bizik. Əks halda, bu gün Mosul əməliyyatında İŞİD-ə qarşı uğurlu mübarizə aparacaq qüvvələr olmazdı. Terror təşkilatlarına bir vasitə kimi yanaşan və dəstək verənləri qınayıram. Terror təşkilatları bumeranq kimidir, gec-tez onlardan istifadə edənləri də vurur. Birgə əməkdaşlıq olmadan terrora qarşı səmərəli mübarizə aparmaq mümkün deyil”.
 
Bununla yanaşı, Türkiyə prezidenti qeyd edib ki, Türkiyə PKK-nı dəfələrlə məğlub edib, ancaq İraqdakı, Suriyadakı düşərgələrdə yetişdirilən yeni terrorçular Türkiyəyə göndərilir: “Bir çox ölkə PKK terror təşkilatına dəstək verir. PKK bir çox Avropa ölkəsində çadırlar qurur, milyonlarla vəsait toplayır. Strasburqda, Brüsseldə PKK-nın ofisləri var, rahatlıqla vəsait toplayırlar. Avropa İttifaqı PKK-nı terror təşkilatı kimi tanıyır, ancaq onlara şərait yaradır. Almaniyanın baş nazirinə “G-20” sammitində 4 min sənəd verdim. İstanbula gələndə soruşdum ki, o sənədlərin taleyi necə oldu. Dedi ki, sənədlərin sayı 4500-ə çatdı. Hüquq belə olarsa, terrora qalib gəlmək mümkün deyil. İŞİD bəhanə edilərək, Suriya və İraqda böyük faciələr törədilir. 6 ildə Suriyada 600 min insan həyatını itirib. “Fərat qalxanı” əməliyyatı çərçivəsində Cerablusun azad edilməsi göstərdi, qısa müddətdə özümüz bu problemi həll edə bilərik. Türkiyənin israrla Mosul əməliyyatından kənarda tutulması orada məzhəb savaşının qarşısını ala biləcəyimiz üçündür. Məzhəb savaşının qarşısını alacağı üçün Türkiyəni Mosul əməliyyatından kənarda saxlamağa çalışırlar. Biz sünni-şiə qarşıdurmasına yol verə bilmərik. Bizə deyirlər ki, sünni-şiə qarşıdurmasına yol verməyəcəyik. İraq ordusu əsasın kimlərdən təşkil olunub? Əsasən şiələrdən təşkil olunub. İraq ordusu da ora “Haşdi-Şabi” qrupunun yerləşməsinə səbəb olacaq. Bu da məzhəblərarası qarşıdurmaya səbəb olacaq”. 
 
Habelə, R. T. Ərdoğan Suriyanın PKK qolu olan PYD-yə verilən silahların bir qisminin PKK tərəfindən Türkiyəyə qarşı istifadə edildiyini bildirib: “Bu anlayışla terrorla mübarizə aparmaq mümkündürmü? Fətullahçı Terror Təşkilatının rəhbəri Fətullah Güləni istədik. ABŞ isə öz hüquq sistemini əsas gətirərək terror təşkilatının rəhbərini təhvil vermir. Bir ölkənin hüquq sistemi terrorçuların liderini qoruya bilərmi? “Əl-Qaidə” ABŞ-da terror aktı həyata keçirərkən ABŞ-ın hüquq sistemi yox idi? ABŞ Üsamə bin Ladeni Pakistanda hansı hüquqla vurdu? İraq və Əfqanıstanda necə əməliyyatlar həyata keçirdi? Əgər bu gün ABŞ belə davranarsa, sabah başqalarına deməyə bir sözü olmaz”.
 
Belə ki, R. T. Ərdoğan ABŞ-a xəbərdarlıq edib: “Mənbic əməliyyatında bizə söz verdiniz. PYD-YPG terror təşkilatının ora girməyəcəyini dediniz. Verdiyiniz sözü tutun. Oranın 95 faizi ərəbdir. Bu səhər mesajımız çatdırıldı. Əgər oranı PYD-YPG-dən azad etməsəniz, sizinlə ortaqlığımız bitər. Strateji ortağıq, amma bizimlə yox, terror təşkilatı ilə hərəkət edirsiniz”. 
Tarixçi alim Zaur Əliyev: "Ermənistan heç vaxt müstəqil dövlət olmayıb" - MÜSAHİBƏ - VİDEO

Xəbər xətti

Direktor müavini öldürdüyü şəxsi bu ərazidə basdırıbmış - Qətlin detalları
06:16 17.05.2024
Qazaxıstan Prezidenti BU ŞƏXSLƏRİN ölkəyə girişini qadağan edən qanun İMZALADI
04:22 17.05.2024
Beşiktaş” və “Fənərbağça” “Qarabağ”ın legioneri üçün hərəkətə keçdi
03:12 17.05.2024
Sərbəst güləş üzrə Azərbaycanın U-15 millisi Avropa çempionatının qalibi olub
02:11 17.05.2024
XİN-in idarə rəisi BƏƏ səfiri ilə iqtisadi əməkdaşlığın perspektivlərini müzakirə edib
01:00 17.05.2024
Ramil Şeydayevin komandası Türkiyə Superliqasına vəsiqə uğrunda matçda məğlub olub
00:14 17.05.2024
Kobaxidze: Aİ-yə üzv ölkələrin xarici işlər nazirlərinin Tbilisidə etirazlarda iştirakı təəssüf doğurur
23:45 16.05.2024
Polşanın sifariş verdiyi “Bayraktar”ların hamısı çatdırılıb
23:23 16.05.2024
Moldova parlamenti oktyabrın 20-nə Aİ-yə üzvlük haqqında referendum təyin edib
23:00 16.05.2024
Özbəkistanda mülki aviaşirkətlərin sayı 6 dəfə artıb
22:39 16.05.2024
Əli Əsədov Efiopiyanın baş nazirinin müavini ilə görüşüb
22:34 16.05.2024
Azərbaycan Basketbol Liqası: Final seriyasının ilk oyunu keçirilib
22:20 16.05.2024
Prezident İlham Əliyevin adından Aleksandr Lukaşenkonun şərəfinə dövlət ziyafəti verilib
22:10 16.05.2024
FHN-in Gəncə Regional Mərkəzi Samuxda mülki müdafiə məşqi keçirib
22:00 16.05.2024
Perunun daxili işlər naziri istefa verib
21:40 16.05.2024
"Haber Global": Makron 17 min kilometr məsafədən Yeni Kaledoniyanı qarışdırdı
21:20 16.05.2024
Britaniya səfirliyinin nümayəndəsi Rusiya XİN-ə çağırılıb
21:00 16.05.2024
Aleksandr Lukaşenko: Qafqazda Azərbaycanın timsalında olduqca güclü, normal lider ölkə mövcuddur
20:45 16.05.2024
Azərbaycan I Liqası: "Şamaxı" lideri məğlub edərək zirvəyə yüksəlib
20:40 16.05.2024
Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar - YENİLƏNİB
20:33 16.05.2024
Belarus Prezidenti: Azad edilən ərazilərdə aqroşəhərciklər yaratmağa hazırıq
20:25 16.05.2024
Ərəb ölkələri Fələstinə beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsinə çağırıb
20:20 16.05.2024
Lukaşenko: Belarus və Azərbaycanın qardaş xalqları arasında dərin hörmət və münasibətlər var
20:16 16.05.2024
Prezident: Azərbaycanın həll etdiyi münaqişə istisna olmaqla, dünyada mövcud münaqişələr həllini tapmır
20:10 16.05.2024
İlham Əliyev: Belarus şirkətlərini azad olunmuş ərazilərin bərpası prosesinə fəal qoşulmağa dəvət edirik
20:05 16.05.2024
Ədəbiyyat tarixinin ən kədərli HEKAYƏSİ
20:00 16.05.2024
Azərbaycanda iki teatra “milli” statusu verilib
19:48 16.05.2024
Ərdoğan İrakli Kobaxidzeni rəsmi mərasimlə qarşılayıb
19:36 16.05.2024
Biləsuvarda mağazalardan oğurluq edən yeniyetmələr saxlanılıb
19:25 16.05.2024
AzTV auditor seçir
19:14 16.05.2024
“Gülüstan” sarayında Prezident İlham Əliyevin adından Aleksandr Lukaşenkonun şərəfinə dövlət ziyafəti verilir
19:05 16.05.2024
Azərbaycanla Latviya arasında diplomatik münasibətlərin 30 illiyinə həsr olunmuş rəsmi qəbul keçirilib
18:58 16.05.2024
Bakıda axtarışda olan qadın SAXLANILDI
18:45 16.05.2024
BMT-nin Dekolonizasiya üzrə Xüsusi Komitəsinin konfransında Fransaya qarşı növbəti tələb səslənib
18:34 16.05.2024
Azərbaycan və Dünya Bankı AZURE layihəsini müzakirə edib
18:22 16.05.2024
EBRD Azərbaycanda iqtisadi artıma dair proqnozunu artırıb
18:10 16.05.2024
Slovakiya XİN İlham Əliyevə təşəkkür etdi
17:58 16.05.2024
Astara terminalı istifadəyə verildi - Şimal-Cənub marşrutu ilə yükdaşımalarda yeni dövr
17:51 16.05.2024
Azərbaycanda baş həkim işdən çıxdı - YENİ TƏYİNAT
Azərbaycanda baş həkim işdən çıxdı - YENİ TƏYİNAT
17:48 16.05.2024
Dünyada ən çox "WhatsApp+" istifadəçisi Azərbaycandadır
Dünyada ən çox "WhatsApp+" istifadəçisi Azərbaycandadır
17:40 16.05.2024
Hamısı