"Eurasia Diary" TASS-a istinadən məlumat verir ki, Avstriyada şəhərətrafı sərnişin qatarının sahibsiz vaqonla toqquşması nəticəsində 16 nəfər xəsarət alıb. Hadisə Aşağı Avstriya Federal Torpağın Vizelburq şəhərinin vağzalında baş verib.
Belə ki, iki yük qatarı öz-özünə köməkçi yoldan çıxaraq Sankt-Pyolten şəhərindən Şaybsa hərəkət edən şəhərətrafı qatara çırpılıb.
Hələlik, faktla bağlı araşdırma aparılır.