"Eurasia Diary" “Associated Press”ə istinadən məlumat verir ki, ABŞ-ın Kaliforniya ştatının məhkəməsi İŞİD-ə qoşulmaq istəyənlərə hökm oxuyub.
Belə ki,İŞİD-ə üzv olmaq istəyən ABŞ vətəndaşı Muxanada Bədəviyə 30 həbs cəzası verilib. Məhkəmənin qərarı ilə 25 yaşlı Bədəvi ömrünün sonuna kimi polis nəzarətində olacaq.
Onunla birlikdə İŞİD-ə qoşulmaq istəyən dostu əl-Xuzaylabuya da 30 il həbs cəzası verilib.