"Eurasia Diary" xarici KİV-ə istinadən məlumat verir ki, ABŞ dövlət katibi Con Kerri Səudiyyə Ərəbistanı XİN rəhbəri Adel əl-Cubeyr ilə danışıqlardan sonra Yəməndə bütün tərəfləri atəşkəsə riayət etməyə çağırıb.
Bununla yanaşı, “Bu barışığın reallaşması üçün vaxt vacibdir. Ancaq indidən zorakılığın səviyyəsi xeyli aşağı düşüb və bu tərəflərin razılığa əməl etməyə hazır olduğunu göstərir", - deyə Kerri bildirib.
Xatırladaq ki, Yəməndə 19 oktyabrdan başlayaraq tərəflər arasında 72 saatlıq atəşkəs elan edilib.