"Eurasia Diary" xəbər verir ki, Fransanın Azərbaycandakı səfirliyindən verilən məlumata görə, ATƏT-in Minsk qrupunun fransalı həmsədri dəyişib.
Qeyd edək ki, prezident Fransua Ollandın sərəncamı ilə bundan sonra həmsədrlik vəzifəsinin icrasını diplomat Stefan Viskonti həyata keçirəcək.
Belə ki, həmsədr Pyer Andriunu Stefan Viskonti əvəzləyib.
Hələlik, S. Viskontinin həmsədr kimi nə vaxt fəaliyyətə başlayacağı məlum deyil.