"Eurasia Diary" "Hürriyyət" qəzetinə istinadən məlumat verir ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, Türkiyə Silahlı Qüvvələri zərurət yaranacağı təqdirdə İraqda quru əməliyyatlarına qoşula bilər.
Qeyd edək ki, onun sözlərinə görə, əgər İraqdakı hadisələr Türkiyənin təhlükəsizliyini təhdid edərsə, Ankara beynəlxalq hüquq çərçivəsində bütün zəruri tədbirləri görməyə hazırdır.