ABŞ prezidentliyinə namizəd Hillari Klintonla bağlı qalmaqallı reklam çarxı çəkilib.
Reklam ispan dilində yayımlanıb. Görüntüdə xanım Klinton it səsi çıxarır. Reklamın mətnində “Əgər it sahibi olmaq istəyirsinizsə, onda onun bitlərinə də razı olmalısınız”,- deyilir.
Sözügedən video Las-Veqasın televiziya kanallarından birində yayımlanıb və qısa zamanda sosial şəbəkələrdə yayılıb. Deyilənə görə, reklam çarxının pulunu Donald Trampı dəstəkləyən kompaniya ödəyib.