"Eurasia Diary" xəbər verir ki, Tramp Amerikada jurnalistləri qeyri-obyektiv işıqlandırmaqda ittiham edib.
Ağ Evin yaxınlığında Tramp xanımı Melania ilə yeni inşa etdiyi hotellərdən birinin açılış mərasiminə qatılıb. Respublikaçı namizəd Tramp ABŞ-ın paytaxtı Vaşinqtonda fəaliyyətə başlayan yeni mehmanxananın açılışında iştirakı ilə bağlı şərhləri haqsızlıq adlandırıb. "Klintonun bütün gecəni Adelenin konsertində olmasını kimsə şərh etmir, mən otelimin açılışına gedirəm, etirazla qarşılanıram",-deyib.
Donald Tramp Ağ Evin bir neçə küçə yaxınlığında yerləşən mehmanxananın açılışında iştirak etdikdən sonra tənqidlərlə üzləşib. "Dünyadakı ən yaxşı hotellərdən birini inşa etdim. Nə etməliyəm, getməyim? Dünyanın ən yaxşı otellərindən birinin lentini kəsmək üçün 1 saat vaxt ayırmayım? Güman edirəm ki, buna haqqım var" deyə ABC telekanalına danışıb.
Tramp otelin açılışının baş verdiyi gün minlərlə adamın iştirak etdiyi çoxsaylı mitinqdə çıxış edib və Hillari Klintonun doğum günü üçün Adelenin konsertinə getməsini vurğulayaraq, "O bütün gecəni konsertdə keçirəndə kimsə şikayət etmir, mən o vaxtı iki ayrı dəstək aksiyasında çıxış etdim" deyib.
HOTELİN ÖNÜNDƏ ETİRAZ AKSİYALARI KEÇİRİLİB
Respublikaçılar Partiyasının prezidentliyə namizədi Trampın sahib olduğu "The Washington Trump İnternational Hoteli" nin açılışında təxminən 300 nəfər etira edərək Trampı irqçilikdə günahlandırıb və Respublikaçı namizədin ABŞ-ın dəyərlərini təmsil etmədiyini bildiriblər.
— Occupy Wall Street (@OccupyWallStNYC) 26 октября 2016 г.