"Eurasia Diary" xarici KİV - ə istinadən məlumat verir ki, Demokratlar Ppartiyasından prezidentliyə namizəd Hillari Klinton prezident seçildiyi təqdirdə dövlət katibi postunu ABŞ-ın vitse-prezidenti Cozef Baydenə təklif etmək niyyətindədir.
Bu barədə, "Politico" qəzetinin verdiyi xəbərə əsasən, H. Klinton və onun köməkçiləri C.Baydenə hələlik heç bir rəsmi təklif irəli sürməyiblər.
Qeyd edək ki, siyahıda bu posta namizəd kimi dövlət katibinin keçmiş müavinləri Uendi Şerman, Bil Berns, Stroub Telbott və Nikolas Berns, dövlət katibinin keçmiş köməkçisi Kurt Kempbel və admiral Ceyms Stavridisin də adı çəkilir.