ABŞ-ın Birinci Xanımı Mişel Obama Demokratlar partiyasından prezidentliyə namizəd Hillari Klintona dəstək vermək üçün seçki kampaniyasına qoşulub.
"Eurasia Diary" xəbər verir ki, xanımlar Şimali Karolina əyalətindəki mitinqdə tez-tez qucaqlaşaraq aralarındakı dostluğu nümayiş etdirib.
Mişel Obama Klintonun həyat yoldaşlarından daha yaxşı prezident olacağına inandığını deyib.
Onlar seçki kampaniyaları müddətində ilk dəfə bir platformada bir araya gələrək əl-ələ veriblər.