ABŞ-ın Vitse-prezidenti Co Bayden Hillari prezident seçilərsə, Klintonun administrasiyasında işləməyi planlaşdırmır.
"Eurasia Diary" NBC-yə istinadən bildirir ki, Bayden deyib ki, Klintonun qazanması üçün əlindən gələni edəcək, ancaq hakimiyyətdə qalmağı istəmir.
Qeyd edək ki, Politico-da cümə günü dərc edilən xəbərdə Klinton prezident seçilərsə, Baydeni xarici işlər naziri kimi düşündüyü iddia edilir.