Angela Markel Google və Facebook kimi şəbəkələrin, habelə internetdəki axtarış mühərrikləri adamların nələri görməsinə necə təsir etdikləri barədə sirri ictimaiyyətə açmalı olduqlarını bildirib.
"Eurasia Diary" xəbər verir ki, Almaniya kansleri deyib ki, internet platformalarının işlətdiyi alqoritmlərin ətrafındakı məxfilik açıq debatlara təhlükə yaradır. Yaxşı araşdırma imkanı olmayan bir çox adamlar hadisələr barədə təhrif olunmuş və ya senzuralanmış təsəvvür əldə edə bilərlər.
Xanım Merkelin çağırışı Almaniya siyasətçilərinə proqramların necə işləməsini təhqiq etmək imkanı yarada bilər. O, alqoritmlərin ictimailəşdirilməsinə çağırıb və qeyd edib ki, "məlumatlı vətəndaşlar" onlara sosial media, xəbər bülletenləri və axtarış nəticələri vasitəsilə yedizdirilən təsirləri görə bilsinlər.