"Eurasia Diary" BBC - yə istinadla xəbər verir ki, İtaliayanın mərkəzindəki Amatriçe şəhərində 6,2 bal gücündə zəlzələ baş verib.
Güclü dağıntılar nəticəsində 73 adam həlak olub. 100 - dən çox nəfərinsə itkin düşdüyü bildirilir. Xilasedicilər işlərini davam etdirirlər.
Yeraltı təkanlar Romada hiss olunub.
Zəlzələ yerli vaxtla çərşənbə günü saat 3:36 - da (Bakıda 05:36) qeydə alınıb.
Amatriçe şəhərinin meri Sergio Pirozzi yerli radiostansiyaya müsahibəsində şəhər mərkəzindəki dağıntılar altında adamaların ola biləcəyini deyib. Onun sözlərinə görə, şəhərin elektrik enerjisilə təchizatı pozulub.
"Şəhərə aparan yollar dağılıb. Dağıntılar altında qalanlar var. Torpaq sürüşməsi də baş verib və körpü çökə bilər", - Sergio Pirozzi RAİ radiostansiyasının efirində bildirib.