“Eurasia Diary” BBC-yə istinadən xəbər verir ki, Demokratların lideri olan ABŞ Senatı FBI (Federal Təhqiqatlar Bürosu) rəhbərliyinin Hillari Klintonla əlaqəli ola biləcək elektron məktubları araşdırmaq üçün büro yaratmaqla qanunu pozmuş ola biləcəyini bildirib.
Harry Reid FBI direktoru James Comeyi məmurların seçkiyə təsirini qadağan edən aktı pozmaqda ittiham edib.
FBI-ın bu məlumatla bağlı sorğusu ABŞ prezident seçkilərinə iki həftədən az vaxt qaldığı dönəmə təsadüf edib.
Büro həmçinin Klintonun yardımçısına məxsus olan emailləri araşdırmaq üçün order alıb.
Huma Abedin-dən gələn məktublar onun keçmiş həyat yoldaşı sabiq konqresmen Anthony Weiner-in kompüterində tapıldığı güman edilir.
650 min elektron məktubun araşdırılması müstəntiqlərin onlar barədə seçkidən öncə qərar qəbul etməsini çətinləşdirir.
FBI hesab edir ki, elektron məktublar Klintonun Obama administrasiyasında işlədiyi dövrə uyğun ola bilər.
Qeyd edək ki, Hillari Klintona qarşı e-poçt qalmaqalı ilə əlaqədar olaraq başladılan iş ittiham irəli sürülmədən bağlanıb.
Klintonun e-poçt qalmaqalının təkrarən gündəmə gətirilməsi onun rəy sorğularına əsasən irəlidə olmaq şansına təsir edib. Bazar günü dərc olunan ABC News/Washington Post sorğusu göstərib ki, xanım Klinton hazırda rəqibindən cəmi bir faiz irəlidədir.