"Eurasia Diary" xarici KİV - ə istinadla məlumat verir ki, Prezident Vladimir Putin Rusiya və ABŞ arasında plutoniumun utilizasiyası barədə sazişin dayandırılması haqqında federal qanun imzalayıb.
"Vəziyyətin kökündən dəyişməsi, ABŞ-ın Rusiyaya qarşı dostcasına olmayan hərəkətləri nəticəsində strateji sabitliyin təhlükə altına düşməsi ilə əlaqədar sazişin qüvvədə olması dayandırılsın" - qanunun mətnində qeyd olunur.
ABŞ tərəfinin silah plutoniumunun utilizasiyası üzrə öhdəliklərini yerinə yetirmədiyindən sazişə xitam verildiyi göstərilir.
Xatırladaq ki, qanun oktyabrın 19-da Dövlət Duması tərəfindən qəbul edilib və oktyabrın 26-da Federasiya Şurası tərəfindən təsdiqlənib. Qanun oktyabrın 31-də imzalanıb və dərc edildiyi gündən qüvvəyə minib.