Kanada hökuməti 2017-ci ildə 300 minədək mühacir qəbul edəcəyini açıqlayıb.
"Eurasia Diary"nin “The Guardian”a istinadən verdiyi məlumata görə, miqrasiya məsələsi üzrə nazir Con Makkallum qeyd edib ki, Kanadada mühacirlərin sayının artırılması Kanada əhalisinin demokrafik artımına fayda verəcək.
Plana əsasən, 2017-ci ildə iqtisadi kateqoriya çərçivəsində qəbul edilən mühacirlərin bu il üçün nəzərdə tutulmuş 160,6 mindən 172,5 minədək artırılacaq, qaçqınların sayı isə 55,8 mindən 40 minə edəcək.
Qeyd edək ki, Kanada əhalisinin sayı 35 mln. təşkil edir.