Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən "İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin inkişafında qadınların rolu" adlı nazirlər konfransında iştirak edib.
"Eurasia Diary" xəbər verir ki, konfransda göstərilən "15 iyun qadınları" sənədli filmi dövlət başçısının duyğulanmasına səbəb olub.
Ölkənin birinci xanımı Əminə Ərdoğan, Baş nazir Binəli Yıldırımın həyat yoldaşı Semiha Yıldırım və zalda olan bir çox insanlar göz yaşlarını saxlaya bilməyiblər.