"Eurasia Diary" BBC-yə istinadən xəbər verir ki, Çinin Lishui şəhərində 2 yaşlı bir uşaq oyuncaq maşını ilə şəhərin əsas magistral yoluna çıxıb. Anasının gözündən yayınıb nəqliyyatın sıx olduğu əsas yola çıxan uşaq təxminən 30 saniyə maşınını sürüb. Qəribə olan budur ki, yolda olan maşınlar uşağı görüb, amma heç biri maşını saxlayıb uşağı yoldan kənara çəkməyib.
Uşağı görən polis maşınları dayandıraraq oyuncaq maşını ilə birgə kiçik sürücüsünü kənara çəkib. Polis uşağın anasına hiddətlənib.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, Çində il ərzində təxminən 10 min uşaq avtomobil yollarında həyatını itirir.