ABŞ hökuməti prezident seçkilərinə yönəlmiş istənilən kibermüdaxilənin qarşısının alınması üçün misli görünməyən tədbirlər həyata keçirir. Bu barədə NBC telekanalı məlumat yayıb.
Əldə olunan məlumatlara görə, təhlükəsizlik tədbirləri Ağ Ev, ABŞ Daxili İşlər Nazirliyi, eləcə də Mərkəzi Kəşfiyyat İdarəsi və Milli Təhlükəsizlik Agentliyi tərəfindən həyata keçirilir.
ABŞ-ın təhlükəsizlik orqanları noyabrın 8-i keçiriləcək prezident seçkiləri ilə bağlı haker hücumlarının baş verə biləcəyini hesab edir. Bu cür kiberhücumlar seçki nəticələrinə və ya səslərin hesablanmasına təsir göstərə bilər.