Almaniyanın Münhen Prokurorluğu “Facebook”un təsisçisi Mark Zuckerberq haqqında istintaqa başlayıb.
“Eurasia Diary” “Der Spiegel”ə istinadən xəbər verir ki, prokurorluq istintaqın “xalqı qızışdırmağa qərəzli şəkildə köməkçi olmaq” maddəsi ilə başladığını açıqlayıb.
Zuckerberqin sosial şəbəkə istifadəçilərinin yazdığı cinayət çağırışlarına, zorakılıq təhdidlərinə, Yəhudi soyqırımının inkar edilməsinə və digər cinayətlərə göz yumduğu qeyd edilib.
Jurnalın xəbərinə görə, günahlandırılanlar arasında Zuckerberqlə yanaşı şirkətin direktoru Sheryl Sandberg, Avropa direktoru Richard Allan və Berlin direktoru Eva-Maria Kirschsieper də var.