Türkiyədə fərari HDP-li millət vəkili Nihat Akdoğan saxlanılıb.
“Eurasia Diary” Türkiyə KİV-nə istinadən xəbər verir ki, bunu Baş nazirin müavini Numan Kurtulmuş açıqlayıb.
Onun sözlərinə görə, millət vəkili Hakkari vilayətində polislər tərəfindən saxlanılıb. Kurtulmuş bildirib ki, hazırda fərari kimi axtarışda yalnız 2 HDP millət vəkili var və həmin şəxslərin saxlanılması istiqamətində işlər görülür.