Amerikada kim öndədir? Tramp, yoxsa Klinton?

Dünya 15:45 08.11.2016

Amerikalılar noyabrın 8-də özlərinin növbəti prezidentlərini seçirlər.

Seçki günü yaxınlaşdıqca rəy sorğularının rəqəmləri arasındakı fərq azalmaqda davam edirdi. Bu həm Klinton, həm də Tramp düşərgəsinin yaşadığı böhranlarla bağlıdır.

Odur ki, indi siz bizim canlı monitorinqimizdən istifadə etməklə yarışı izləyə bilərsiniz. Səhifənin aşağılarına doğru getsəniz səsvermənin göstəricilərinin izahatlarına da rast gələcəksiniz.

Trump-Clinton

BBC-nin tərtib etdiyi sorğular sorğusu Amerikada ölkə boyunca keçirilmiş 5 ən son rəy sorğularının nəticələri əsasında qurulub. Daha doğrusu bu sorğulardakı iki ən yüksək və iki ən aşağı göstəricilər götürülüb və orta rəqəm çıxarılıb.

FTB-nin təhqiqatı Klintonun göstəricilərinə necə təsir göstərib?

Hillari Klinton üçün pis xəbər bundan ibarətdir ki, hətta FTB rəhbəri James Komeynin onun emaillərinə dair təhqiqata başlandığı barədə bəyanatından əvvəl də keçmiş dövlət katibi ölkə boyunca, o cümlədən bir sıra həlledici ştatlarda üstünlük fərqini itirməyə başlamışdı.

ABC News/Washington Post-un birgə canlı reytinqində, oktyabrın 23-də Klinton Trampdan 12 xal irəlidə idi, lakin bundan bir həftə sonra bu üstünlük bircə xala enmişdi.

Rəy sorğularına görə ona rəğbətlilərin faizi 53-dən 47-yə düşüb.

Rəy sorğularının nəticələri onsuz da bir qayda olaraq seçkiyə yaxın daralır, lakin hələlik FTB-nin təhqiqat barədə bəyanatının seçki nəticələrini nə dərəcədə təsirləndirəcəyini indidən demək çətindir.

CBS 13 əsas döyüş meydanı olacaq ştatlarda keçirdiyi rəy sorğusunda respondentlərin 52 faizi deyib ki, "Clinton-un emaillərində indiyədək bilindiyindən daha artıq məlumat ola bilərdi". Bu da bəlli olub ki, belə düşünənlərin əksəriyyəti respublikaçı seçicilər olub.

Erkən seçkinin nəticələri barədə nə bilirik?

ABŞ boyunca erkən seçkilər əksər ştatlarda təşkil olunub. Bu isə o deməkdir ki, elektoratın böyük əksəriyyəti seçki gününədək səs verib.

Həmin səslər seçki məntəqələri bağlananadək elan edilməsə də, bəzi ştatlar erkən səsvermənin nəticələrini açıqlayıblar.

Məsələn Nevadada erkən seçki noyabrın 4-də bağlananadək 800 min adam səs verib. Onlardan 42 faizi qeydiyyatdan keçmiş demokratlar, 36 faizi isə respublikaçılardır. Bu rəqəmlər 2012-ci ilin göstəricilərindən fərqlənmir. Burada Barak Obama 6, 7 faiz fərqi ilə qalib gəlmişdi.

Əlbəttə burada demək olmaz ki, iki partiyadan birinin seçicisi kimi qeydiyyatdan keçmiş adamlar məhz həmin partiyanın namizədinə səs verəcəklər. Elə buna görə də həm Tramp, həm də Klinton biri digərinin elektoratına dəstək çağırışları ediblər.

Lakin ümumən Nevada ştatını sürpriz hesab etmək olar, çünki ən son rəy sorğuları burada Donald Trump-ın irəlidə olduğunu göstərirdi. Amma bu o demək deyildir ki, reytinqlər yanlışdır. Ola bilsin ki, cənab Tramp elə məhz seçki günü burda dəstək qazansın.

Amma nəzərə alınmalıdır ki, bu ştatda əhəmiyyətli sayda ispandilli elektorat var.

Xanım Klintonun kampaniyası üçün işləyən Katalist məlumat firmasının təxminlərinə görə ispandillilərin və ya Latın Amerikası əsillilərin fəallığı son vaxtlar Arizona, Kolorado, Florida və Şimali Karolina ştatlarında xeyli artıb.

Əvvəlki seçkilərdə burdakı ispandillilərə aid son nəticəni təxmin etmək daha az mümkün idi. 2004-cü ildə onların 40 faizi George W Bush-a səs vermişdi. Lakin cənab Trampın meksikalılar və miqrasiya haqqında bəyanatlarına görə bu dəfə vəziyyət daha aydındır. Latino Decisions firmasının hesablamasına görə ispandilli seçicilərin 79 faizi xanım Clinton-u dəstəkləyəcək.

Bircə şey dəqiq məlumdur. Bu seçkidə erkən səs verənlərin sayı əvvəlki seçkilərdən çox olub. Məsələn 2012-ci ildə 32 milyondan çox adam əvvəlcədən səs vermişdisə, bu dəfə onların sayı 40 milyondan çoxdur.

Qalmaqallar Trampın göstəricilərinə necə təsir edib?

Donald Tramp kampaniyaya başlayandan bəri bir neçə qalmaqala uğrayıb. Bunlardan ən diqqətəlayiqi 7 oktyabrda açıqlanmış audio yazısızısıdır. Bu audioda Tramp qadınlara qarşı təcavüzləri barədə öyünür.

O bu qalmaqal barədə deyib ki, bütün bunlar yalnız sözlərdir və reallıqda o heç vaxt qadınlara əl-qol atmayıb.

Belə bir qalmaqal istənilən namizədin kampaniyasını (və siyasi karyerasını) məhv etməliydi, amma Tramp bu böhtandan salamat qurtarıb.

CNN-nin oktyabrın 24-də keçirdiyi rəy sorğusunda onun reytinqi 45 faiz idi. Bu, CNN-in oktyabrın 3-də keçirdiyi sorğudakı rəqəmlə eyni idi. Hər iki rəy sorğusunda xanım Klinton 51 faizlə irəlidə idi.

Cənab Trampın ölkə boyunca daim 40 faiz ətrafında dəstək qazana bilməsi, lakin eyni zamanda 45 faizi aşa bilməməsi təhlilçiləri bu qənaətə gətirib ki, respublikaçı namizədin dəstəyinin bünövrəsi olsa da, yüksək tavanı yoxdur. Bu isə o deməkdir ki, o özünə pərəstiş bəsləyənlərdən başqa dəstəkçi qazana bilməyib.

Reytinqlərə inanmalıyıqmı?

Seçki günü yaxınlaşdıqca cənab Tramp onun geridə qaldığını göstərən rəy sorğularını və onları keçirən şirkətləri qaba şəkildə tənqid edir və bu reytinqləri "çirkli" və "ədalətsiz" adlandırırdı.

Lakin cənab Tramp öz ittihamlarını dəlillərlə isbat edə bilməyib və ölkə boyunca aparılan reytinqlərin yanlış olduğunu düşünməyə əsas yoxdur.

Rəy sorğularını keçirmək asan deyil və bunu edən firmalar bir sıra çətinliklərə üstün gəlməli olurlar.

Lakin araşdırma göstərir ki, onlar seçki yaxınlaşdıqca daha düzgün proqnoz verməyə başlayıblar.

Ölkə boyunca reytinqlər nə dərəcədə mühümdür?

300 milyonluq insanın vətəni olan ölkədə ictimai rəyin nəbzini tutmaq çətin məsələdir, lakin ictimai rəyi öyrənənlər boş dayanmırllar.

Ümumölkə sorğuları adətən 1000 respondentin cavabları ilə tərib edilir və ümumən ictimai rəyin hərəkətini pis müəyyən etmir.

Lakin ABŞ-da seçkilər tərəddüd edən ştatlarda udulur və uduzulur və qərar seçki kollegiyaları sistemindən asılı olur.

Əsas rəqabət meydanı olacaq ştatlarda kim irəlidədir?

Xəritə

Biz bu seçkidə əsas rəqabət meydanı olacağı gözlənilən 13 ştat müəyyən etmişik.

Aşağıdakı xəritədə bu ştatlar və Real Clear Politics internet resursunun məlumatına görə bu ştatlardakı elektoratın necə səs verəcəyi görünür.

Bu xəritə 7 noyabra olan məlumata görə bu ştatlarda kimin irəlidə olduğunu göstərir.

Əgər bu ştatların seçki günündə də rəngləri dəyişməsə (Clinton üçün mavi, Trump üçün qırmızı qalsa) yerdə qalan ştatlara görə xanım Clinton qalib olacaq.

Lakin cənab Tramp bu yaxınlarda bir azca irəlidə olduğu Arizona da daxil bu ştatlardan bəzilərində vəziyyətini yaxşılaşdıra bilib.

Son səsvermənin orta rəqəmləri aşağıdakı diaqramda göstərilib. Bəzi ştatlarda başqaları ilə müqayisədə daha çox rəy sorğusu keçirilib.

Reytinq cədvəli

Tramp və Klinton yeganə namizəddirlərmi?

Yox. Onlar sadəcə olaraq qalib gəlmək üçün real şansı olan iki namizəddir. Lakin bu yarışda başqa namizədlər də var. Namizədlərlə bağlı qaydalar ştatdan-ştata fərqlidir, lakin əksər ştatlarda Klinton və Trampın iki əsas alternativ rəqibi olacaq.

Yaşıllar Partiyasından 66 yaşlı Jill Stein həkimdir və ümidlərini demokrat Bernie Sanders-in Klintona tərəf keçməyən pərəstişkarlarının səslərinə bağlayıb. Hazırda rəy sorğularına görə onun ölkə boyunca 2 faiz dəstəyi var.

Keçmiş New Mexico qubernatoru, 63 yaşlı Gary Johnson namizədliyini ABŞ Libertarian Partiyasından verib və cənab Trampdan gözü su içməyən respublikaçıların səslərini yığmağa çalışır. Ölkə boyunca onun dəstəyi sentyabrda 9 faiz idi, lakin indi 5 faizə düşüb.

Müəyyən diqqətə layiq olmuş başqa bir müstəqil namizəd keçmiş MKİ əməliyyatçısı Evan McMullin-dir. O vəd edib ki, Utah ştatında qalib gələcək. Bu ştatda keçirilmiş rəy sorğusuna görə o respublikaçı namizəddən ikicə xal geridə qalır, amma demokrat namizəddən 5 xal irəlidədir.

Əgər vədinə əməl edə bilsə, Evan McMullin 1968-ci ildən bəri prezident seçkisi zamanı hər hansı ştatda qalib gəlmiş birinci üçüncü namizəd adını qazanacaq.

Tarixçi alim Zaur Əliyev: "Ermənistan heç vaxt müstəqil dövlət olmayıb" - MÜSAHİBƏ - VİDEO

Xəbər xətti

Direktor müavini öldürdüyü şəxsi bu ərazidə basdırıbmış - Qətlin detalları
06:16 17.05.2024
Qazaxıstan Prezidenti BU ŞƏXSLƏRİN ölkəyə girişini qadağan edən qanun İMZALADI
04:22 17.05.2024
Beşiktaş” və “Fənərbağça” “Qarabağ”ın legioneri üçün hərəkətə keçdi
03:12 17.05.2024
Sərbəst güləş üzrə Azərbaycanın U-15 millisi Avropa çempionatının qalibi olub
02:11 17.05.2024
XİN-in idarə rəisi BƏƏ səfiri ilə iqtisadi əməkdaşlığın perspektivlərini müzakirə edib
01:00 17.05.2024
Ramil Şeydayevin komandası Türkiyə Superliqasına vəsiqə uğrunda matçda məğlub olub
00:14 17.05.2024
Kobaxidze: Aİ-yə üzv ölkələrin xarici işlər nazirlərinin Tbilisidə etirazlarda iştirakı təəssüf doğurur
23:45 16.05.2024
Polşanın sifariş verdiyi “Bayraktar”ların hamısı çatdırılıb
23:23 16.05.2024
Moldova parlamenti oktyabrın 20-nə Aİ-yə üzvlük haqqında referendum təyin edib
23:00 16.05.2024
Özbəkistanda mülki aviaşirkətlərin sayı 6 dəfə artıb
22:39 16.05.2024
Əli Əsədov Efiopiyanın baş nazirinin müavini ilə görüşüb
22:34 16.05.2024
Azərbaycan Basketbol Liqası: Final seriyasının ilk oyunu keçirilib
22:20 16.05.2024
Prezident İlham Əliyevin adından Aleksandr Lukaşenkonun şərəfinə dövlət ziyafəti verilib
22:10 16.05.2024
FHN-in Gəncə Regional Mərkəzi Samuxda mülki müdafiə məşqi keçirib
22:00 16.05.2024
Perunun daxili işlər naziri istefa verib
21:40 16.05.2024
"Haber Global": Makron 17 min kilometr məsafədən Yeni Kaledoniyanı qarışdırdı
21:20 16.05.2024
Britaniya səfirliyinin nümayəndəsi Rusiya XİN-ə çağırılıb
21:00 16.05.2024
Aleksandr Lukaşenko: Qafqazda Azərbaycanın timsalında olduqca güclü, normal lider ölkə mövcuddur
20:45 16.05.2024
Azərbaycan I Liqası: "Şamaxı" lideri məğlub edərək zirvəyə yüksəlib
20:40 16.05.2024
Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar - YENİLƏNİB
20:33 16.05.2024
Belarus Prezidenti: Azad edilən ərazilərdə aqroşəhərciklər yaratmağa hazırıq
20:25 16.05.2024
Ərəb ölkələri Fələstinə beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsinə çağırıb
20:20 16.05.2024
Lukaşenko: Belarus və Azərbaycanın qardaş xalqları arasında dərin hörmət və münasibətlər var
20:16 16.05.2024
Prezident: Azərbaycanın həll etdiyi münaqişə istisna olmaqla, dünyada mövcud münaqişələr həllini tapmır
20:10 16.05.2024
İlham Əliyev: Belarus şirkətlərini azad olunmuş ərazilərin bərpası prosesinə fəal qoşulmağa dəvət edirik
20:05 16.05.2024
Ədəbiyyat tarixinin ən kədərli HEKAYƏSİ
20:00 16.05.2024
Azərbaycanda iki teatra “milli” statusu verilib
19:48 16.05.2024
Ərdoğan İrakli Kobaxidzeni rəsmi mərasimlə qarşılayıb
19:36 16.05.2024
Biləsuvarda mağazalardan oğurluq edən yeniyetmələr saxlanılıb
19:25 16.05.2024
AzTV auditor seçir
19:14 16.05.2024
“Gülüstan” sarayında Prezident İlham Əliyevin adından Aleksandr Lukaşenkonun şərəfinə dövlət ziyafəti verilir
19:05 16.05.2024
Azərbaycanla Latviya arasında diplomatik münasibətlərin 30 illiyinə həsr olunmuş rəsmi qəbul keçirilib
18:58 16.05.2024
Bakıda axtarışda olan qadın SAXLANILDI
18:45 16.05.2024
BMT-nin Dekolonizasiya üzrə Xüsusi Komitəsinin konfransında Fransaya qarşı növbəti tələb səslənib
18:34 16.05.2024
Azərbaycan və Dünya Bankı AZURE layihəsini müzakirə edib
18:22 16.05.2024
EBRD Azərbaycanda iqtisadi artıma dair proqnozunu artırıb
18:10 16.05.2024
Slovakiya XİN İlham Əliyevə təşəkkür etdi
17:58 16.05.2024
Astara terminalı istifadəyə verildi - Şimal-Cənub marşrutu ilə yükdaşımalarda yeni dövr
17:51 16.05.2024
Azərbaycanda baş həkim işdən çıxdı - YENİ TƏYİNAT
Azərbaycanda baş həkim işdən çıxdı - YENİ TƏYİNAT
17:48 16.05.2024
Dünyada ən çox "WhatsApp+" istifadəçisi Azərbaycandadır
Dünyada ən çox "WhatsApp+" istifadəçisi Azərbaycandadır
17:40 16.05.2024
Hamısı