Yaponiyanın cənub-qərbindəki Fukuoka şəhər mərkəzində sürüşmə 5 zolaqlı prospekti ikiyə bölüb.
"Eurasia Diary" xəbər verir ki, ölkənin ən böyük şəhərlərindən olan Fukuokadaki Hakata qatar stansiyası yaxınlığında əvvəl 2 kiçik çöküntü ilə başlayan sürüşmə dəqiqələr ərzində 30 metr enlənib.
Regiondakı qaz, su və elektrik təchizatına zərər verən və nəqliyyat xətlərinə mənfi təsir göstərən hadisədə ölən, ya da yaralanan olmayıb.