Nigeriyada silahlıların hücumu nəticəsində qızıl mədənində işləyən 40-dək işçi öldürülüb.
"Eurasia Diary" xarici KİV-ə istinadən xəbər verir ki, hadisə ölkənin şimal-qərbində yerləşən Zamfara ştatında olub.
Silahlılar hücum zamanı heç nə oğurlamayıblar, bu səbəbdən hücumun səbəbi hələlik məlum deyil.
Polis mədənçilər arasında münaqişənin hücuma səbəb olduğunu ehtimal edir.