ABŞ prezidenti seçilən Donald Tramp üçün yeni xidməti maşın hazırlanır.
Bu barədə “Fox News” məlumat yayıb.
Telekanalın məlumatına görə, Cadillac şirkəti xüsusi olaraq Tramp üçün “Yırtıcı” adlanan avtomobili sınaqdan keçirir. Kamuflyajda görüntülənən avtomobilin texniki göstəriciləri barədə ətraflı məlumat verilməyib.
Adətən 9 ton ağırlığında olan bu tip avtomobillərdə güllə və mərmilərdən qoruyan zireh olur. Prezident maşınının qiymətinin isə 1,5 milyon dollar olduğu bildirilir.