Prezidentlik seçkilərində uduzan Demokrat Partiyasının namizədi Hillari Klinton seçkidə məğlub olandan sonra ilk dəfə xalq qarşısında çıxış edib.
O, hələ də bir yerdə işləmək üçün ortaq məsələlərin olduğundan söz açıb.
"Eurasia Diary" xarici KİV-ə istinadən xəbər verir ki, Hillari Vaşinqtonda keçirilən "Uşaqları Müdafiə Fondu" fəaliyyətində xalqın qarşısında nitq söyləyib.
Kədərli olduğu müşahidə edilən və emosional bir çıxış edən Klinton "Bu gecə buraya gəlmək mənim üçün heç də asan olmadı"- İfadəsini işlədib.
Seçkinin ardından bir həftə evinə qapanan Klinton hazırkı vəziyyətindən danışaraq qeyd edib ki, seçkilərdən sonra bir həftə evdə iti ilə bərabər olub və kitab oxuyaraq vaxt keçirib.
O, Trampın prezident seçilməsilə bağlı heç bir şey deməyib və gələcək üçün çox işinin olduğunu dilə gətirib.
Qeyd edək ki, ötən həftə çərşənbə günü keçirilən 58-ci prezident seçkilərində Respublikaçı Tramp Demokratlardan olan rəqibi Klintona qalib gələrək ABŞ-ın 45-ci Prezidenti seçilib.