Liviyanın Sabha şəhərində bir meymunun qızlara hücum etməsi nəticəsində iki qəbilə arasında baş verən qarşıdurmada 16 nəfər həyatını itirib.
"Eurasia Diary" Anadoluya istinadən xəbər verir ki, yerli sakinlərin bildirdiyinə görə, Gaddadfa qəbiləsindən olan dükan sahibinin meymunu dükanın yaxınlığından keçən məktəbli qızlara hücum edib və qızlardan birinin yaylığını başından çıxardıb, dişləyib. Bu hadisədən sonra qızın ailə üzvü olduğu qəbilənin lideri Avlad Süleyman adlı şəxs Gaddadfa qəbiləsindən üç nəfəri və qıza hücum edən meymunu öldürüb.
Məsələ bununla bitməyib. İki qəbilə arasında 3 gün münaqişə gedib. Bazar günü Sabha Sağlamlıq Mərkəzindən verilən məlumata görə, hadisələr nəticəsində 16 nəfər ölüb, ən azı 50-yə yaxın yaralı var.