Yaponiyada 7,3 bal gücündə zəlzələ baş verib.
Yeraltı təkanların episentri Fukusima prefekturasından şərqdə, ocağı isə 10 km dərinlikdə yerləşib.
Sunami təhlükəsi elan edilib. Dağıntılar və xəsarət alanlar barədə məlumat verilmir.
Təbii fəlakətlə əlaqədar ümummilli xəbərdar etmə sistemi işə düşüb.
Ölkənin bütün mobil qurğularına müvafiq bildirişlər gəlib. 3 metr hündürlükdə sunami olacağı barədə xəbərdarlıq yayılıb.
Yeraltı təkanlar paytaxt Tokio və ölkənin 20 prefekturasında hiss olunub. Zəlzələ ilə əlaqədar Yaponiya hökuməti tərəfindən operativ qərargah yaradılıb.
Qeyd edək ki, hazırda Yaponiyanın baş naziri Sindzo Abe Argentinada səfərdədir.