Türkiyədə son zamanlar baş verən proseslərə görə, Avropa Parlamentində Türkiyə və Avropa Birliyi ilə aparılan üzvlük danışıqların dayandırılması barədə müzakirələr aparılır.
“Eurasia Diary”nin DW-yə istinadən verdiyi xəbərə görə, prezident Ərdoğan Avropa Birliyi rəsmilərininin qərarlarını ciddiyə almadığını bildirib və Avropanı terroristləri dəstəkləməkdə ittiham edib. İstanbulda təşkil olunan İslam Əməkdaşlıq Təşkilatının konfrasında Tükiyə prezidenti çıxışında ciddi məqamlara toxunub: “Açıq şəkildə bəyan edirik ki, Türkiyə Avropa Biriliyinin üzvlərindən daha çox Avropa dəyərlərinə sadiq qalır. Ölkəmiz qərb dostlarından konkret dəstək görmür. Qərb dövlətlərindən heç biri dediyi sözün üstündə durmur”.
Avropa Birliyi Ərdoğan hökümətini müxalif şəxsləri həbs və media üzərində təzyiq etməkdə dəfələrlə tənqid edib. Bu səbəbdən Avropa Parlamentində Türkiyənin Avropa İttifaqina üzvlüyü ilə əlaqədər danışıqların dayandırılması müzakirəyə çıxardıla bilər. Rəcəb Tayyip Ərdoğan Avropa Birliyi və Amerikanın Türkəyəyə qarşı ikili standartlarını tənqid edib. Ərdoğan çıxışında bildirib ki, Qərb dövlətləri bir tərəfdən PKK-ni terrorist hesab edir, digər tərəfdən isə terroristləri sığınacaqla təmin edir. Qərb dövlətlərinin səmimiyyətdən danışmağa ixtiyarı yoxdur.
Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan həmçinin ölkəsinin Avropa Birliyinə alternativ olan Şanxay Əməkdaşlıq Təşkilatına qoşulacağı barədə fikirlər səsləndirib.