Türkiyə prezidenti Ərdoğan və Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub. Hər iki tərəf ölkələr arasındakı münasibətlərdən razı qaldığını bildirib.
"Eurasia Diary" Türkiyə mətbuatına istinadən xəbər verir ki, görüşdə ikitərəfli əlaqələr və Suriyadakı son vəziyyətdən danışılıb. İki lider Əl Babda Türk əsgərlərinin hücuma məruz qalması məsələsində fikir və məlumat mübadiləsi aparıb.
Prezident Ərdoğan Putinə Türkiyənin Suriyadakı əməliyyatlarının terrorla mübarizə aparmaqda qətiyyət göstərdiyini ifadə edib və Suriyanın ərazi bütövlüyünə hörmət etdiyini vurğulayıb.
İki lider Hələbdəki vəziyyətin yaxşılaşdırılması mövzusunda da fikir mübadiləsi aparıb.