Misir statistika agentliyinin verdiyi məlumata görə, ölkə əhalisində hər altı ayda bir milyon artım müşahidə olunur.
Rəsmi rəqəmlərə görə, 2016-ci ilin iynunda Misirin əhalisi 90 milyon nəfər olub. Dekabrda qeyd alınan rəqəmlər göstərir ki, əhalinin sayı 91 milyonu keçib.
Xatırladaq ki, 2010-ci ildə Misirin əhalisi 78 milyon nəfər idi. Həmin ildən bu yana 22 milyon artım müşahidə edilib.