ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp silahlı qüvvələri möhkəmlətməyi və slans neft-qazı hasilatının inkişafına əngəl olan bütün məhdudiyyətləri aradan götürəcəyini vəd edib.
Bu barədə Tramp cümə günü Luizana ştatında çıxışı zamanı bəyan edib. Prezidentin çıxışı «CNN» telekanalı ilə canlı yayımlanıb.
«Biz, lazımi diqqətdən kənarda qalmış silahlı qüvvələrimizi bərpa edəcəyik. Biz, ordunu şəxsi heyətlə, lazım döyüş texnikası, texnologiyalar və resurslarla təmin edəcəyik. Biz, onlara eyhiyac olan hər şeyi verəcəyik. Biz, digər dövlətlərin sərhədlərinin qorunması üçün hərbi əməliyyatlar aparmışıq, amma bununla eyni vaxtda öz sərhədlərimiz açıq qalıb» – deyə, Tramp bəyan edib. Sonuncu cümlə ilə o, Meksikadan axışıb gələn qeyri-leqal immiqrantları nəzərdə tutub.
Energetika sahəsində siyasətdən danışarkən, Tramp vəd edib ki, slans nefti və qazının, təbii qazın hasilatının inkişafına mane olan bütün məhdudiyyətdəri aradan götürəcək.
«Mən, ABŞ infrastrukturunun bərpası üçün 1 trilyon dollar vəsaitin ayrılması barədə Konqresə müraciət edirəm» – deyə, yeni seçilmiş Prezident çağırış edib.
Tramp bəyan edib ki, onun administrasiyası iki prinsipi əldə rəhbər tutacaq: Amerika malları ilə ticarəti genişləndirmək və amerikalılar üçün iş yerləri yaratmaq.