Misir hakimiyyəti paytaxt Qahirənin qibtilərə məxsus kilsəsində baş verən terror aktı nəticəsində ölənlərin xatirəsinin yad edilməsi məqsədi ilə üç günlük matəm elan edib.
Müvafiq bəyanatla Misir prezidenti Əbdül Fəttah əs-Sisi çıxış edib.
Terror aktı nəticəsində əksəriyyəti qadın və uşaqlar olmaqla 20-dən çox insan ölüb, təqribən 50 nəfər yaralanıb.