İsrail Ordusu radiosunun xəbərinə görə, İsrail ali məhkəməsi Amona Yəhudi yaşayış məskənlərinin İordan çayının qərb sahilində Fələstinlilərə məxsus xüsusi ərazilərdə tikildiyi səbəbiylə təxliyə edilməsinə dair qərar qəbul edib. Baş nazir Netanyahu məhkəmənin həmin qərarına reaksiya olaraq Ərəb vətəndaşlara məxsus evlərin yığılmasını nəzərdə tutan sərəncam imzalayıb.
Qeyd edək ki, İsraildə yaşayan 1 milyon 400 min Ərəb, əhalinin 20 faizini təşkil edir.
Ali Məhkəmənin Amona Yəhudi yaşayış məskənlərinin təxliyə edilməsini nəzərdə tutan qərarından sonra, İsrail hökuməti, məhkəmədən Yəhudiləri başqa bir yerə köçürmək üçün 30 gün möhlət tələb edib.