Merkel miqrantlara qarşı qanunvericiliyin sərtləşdirilməsinə çağırıb | Eurasia Diary - ednews.net

19 Noyabr, Çərşənbə axşamı


Merkel miqrantlara qarşı qanunvericiliyin sərtləşdirilməsinə çağırıb

Dünya A- A A+

 

Berlində törədilən terror aktından sonra Almaniyada təhlükəsizlik tədbirləri gücləndiriləcək.

 Bunu Almaniya kansleri Angela Merkel bəyan edib.

 “Xüsusi xidmət orqanları ilə yanaşı daxili işlər və ədliyyə nazirlərinə tapşırmışam ki, bu hadisə təfərrüatlarınadək araşdırılsın və nəticələr barədə mənə məlumat verilsin”, deyə A.Merkel bildirib.

 O qeyd edib ki, qanunvericiliyə dəyişikliklərin edilməsi və təhlükəsizliyin gücləndirilməsi üçün bütün lazımı addımlar atılacaq.

 Xatırladaq ki, dekabrın 19-da Berlində baş verən terror aktının törədilməsində şübhəli bilinən Tunis vətəndaşı Anis Amri İtaliyanın Milan şəhərində atışma zamanı məhv edilib.

APA

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...