İsrailin Baş Naziri Binyamin Netanyahu Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının iclasında İsrailin Yəhudi yaşayış məntəqələrinə dair qərar qəbul etməsindən sonra ABŞ-ın Təl-əviv Səfiri Dan Şapiro izahat vermək üçün yanına çağırıb.
"Eurasia Diary" xəbər verir ki, Netanyahu Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının iclasında İsrailin Yəhudi yaşayış məntəqələrinə dair qərar qəbul etməsindən sonra ABŞ-ın Təl-əviv Səfiri Dan Şapiro izahat vermək üçün yanına çağırıb.
İsrail Dövlət Radiosunun xəbərinə görə Netanyahu səfir Şapironu, ABŞ-ın BMT Tş-də səsverməyə çıxartdığı İsrailin işğal altındakı Fələstin torpaqlarında qeyri-qanuni bütün məskunlaşma fəaliyyətlərini "dərhal və tamamilə" dayandırmasını tələb edən qətnaməyə qarşı bitərəf səs verməsindən sonra açıqlama vermək üçün onunla görüşmək istəyib.
Qeyd edək ki, İsrail orqanları İsrailin əleyhinə səs verən dövlətlərin nümayəndələrini Xarici İşlər Nazirliyinə çağırmışdı