"Eurasia Diary" İngiltərənin "Daily Mail" qəzetinə istinadən verdiyi xəbərə görə, Berlində Yeni il yarmarkasına təşkil edilən terror hücumundan sonra bir nəfər əlində İŞİD bayrağı ilə Avropada sərhədlərin nəzarətsiz olduğunu göstərmək üçün sərhəddə sınaq keçirib.
Danimarkalı gənc Almaniya sərhədini heç bir mane olmadan keçdiyinin görüntülərini "Youtube" video paylaşım şəbəkəsinə yükləyib. "Bir İŞİD terrorçusu sərhədi mane olmadan keçə bilərmi? Sərhəd nəzarət xidmətləri yoxdur. Açıq sərhədlərlə siz özünüzü rahat hiss edir?" kimi xitab edir və videonun sonunda gənc silahla atəş edən və boğaz kəsən şəkildə təhdid edir.