Rusiya parlementinin Federasiya Şurasının İnformasiya Siyasəti Komissiyasının Sədri Aleksey Puşkov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın İŞİD-i dəstəklədiyinə dair açıqlamasının həqiqət olduğunu vurğuladı.
Эрдоган прав: есть много фактов, к-ые подтверждают поддержку терр.организаций со стороны США. Нелепы попытки Госдепа опровергнуть очевидное.
— Алексей Пушков (@Alexey_Pushkov) 27 декабря 2016 г.
"Eurasia Diary" xəbər verir ki, Twitter hesabında Puşkov "Ərdoğan haqlıdır. ABŞ-ın terror təşkilatlarını dəstəklədiyini göstərən çoxlu sübut var. Xarici işlər Nazirliyinin aşkar olan bu vəziyyətin əksini iddia etmək səyi mənasızdır" deyə açıqlama verib. "Ərdoğan Qvineya Prezidenti Alpha Conde ilə keçirdiyi birgə mətbuat konfransında belə demişdi: "Koalisiya qüvvələri hazırda verdikləri sözü çox təəssüf ki tutmurlar. Verilən söz fərqli idi, amma hazırda fərqli mövqedədirlər. Elə olsa da, olmasa da biz hazırda yolumuza qətiyyətlə davam edirik, davam edəcəyik. Bu yoldan geri qayıtmağımız mümkün deyil".