Yaponiya Cənubi Koreyanın Pusan şəhərindəki Baş Konsulluğu qarşısında XX əsrin I yarısında yapon işğalı zamanı cinsi zorakılığa məruz qalmış qadınlara aid abidənin qoyulmasına cavab tədbiri olaraq bu ölkədəki səfiri Yasumasu Naqamineni müvəqqəti geri çağırmaq qərarına gəlib.
Bu barədə Tokioda keçirilən mətbuat konfransında ölkənin Nazirlər Kabinetinin baş katibi Yosixide Suqa məlumat verib.
"Bu kimi hərəkətlər ikitərəfli münasibətlərə arzuolunmaz təsirlər göstərir, bu qəbuledilməzdir. Biz Cənubi Koreyadakı səfirimizi müvəqqəti olaraq geri çağırmaq qərarına gəlmişik", - deyə o bildirib.