"Eurasia Diary"nin BBC-yə istinadən verdiyi məlumata görə, Kanada-Tükiyə vətəndaşı olan Ece Heper adlı şəxs prezident Ərdoğanı təhqir etdiyinə görə polis orqanları tərəfindən saxlanılıb. Ece Heperin vəkili Sertac Celikkalelinin Kanada mətbuatına verdiyi məlumata görə, o Türkiyənin Qars şəhərində həbs edilib. Kanada rəsmiləri də məsələyə qarışmaq istədiklərini bildiriblər.
Ece Heperin dostu olan Embrah Bayramın BBC-yə verdiyi məlumata görə, o Facebook səhifəsində prezident Ərdoğanı tənqid etdiyi üçün həbs edilib.
Türkiyə cinayət məcəlləsinə əsasən prezidenti təhqir edənlər 4 il həbs cəzasına məhkum edilir.
Xatırladaq ki, Türkiyədə 2000 nəfər prezident Ərdoğanı təhqir etdiyinə görə cinayyət məsuliyyətinə cəlb edilib.
Yunis Abdullayev