"Eurasia Diary"nin Associated Press-ə istinadən verdiyi məlumata görə, İsrailin baş naziri Benyamin Netanyahunun həyat yoldaşı Sara Netanyahu polis tərəfindən dindirilib. Dindirilmə zamanı Sara Netanyahudan həyat yoldaşının varlı şəxslərdən hədiyyə, rüşvət alıb-almaması barədə suallar verilib.
Netanyahunun özü də polis tərəfindən iki dəfə dindirilib. Hökümət rəhbəri Hollywood-un varlı şəxslərindən hədiyyə adı altında rüşvət almaqda ittiham olunur. Netanyahu ona qarşı irəli sürülən ittihamları inkar edib.
Yunis Abdullayev