Çinin cənubundakı Quandun əyalətində 19 avtomobilin toqquşması nəticəsində zəncirvari qəza baş verib. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 6 nəfər həlak olub, 15 nəfər xəsarət alıb.
Qəzadan sonra bir neçə maşın yanmağa başlayıb. Hadisə ilə əlaqədar bölgəyə çoxlu sayda xilasedici cəlb edilib.
Qəzanın baş vermə səbəbləri barədə məlumat verilməyib.