Dünya iqtisadiyyatında güc balansı necə DƏYİŞİR? - ANALİTİKA

Analitika 20:00 24.10.2023

OPEC (Neft İxrac Edən Ölkələr Birliyi) və onun tərəfdaş ölkələr 2022-ci ildə neft ixracatına məhdudiyyətlər qoyub.

Qeyd edək ki, OPEC-in ən böyük neft tədarükçüsü və ixracatçısı olan Səudiyyə Ərəbistanı 2000-2022-ci illər arasında ABŞ-a gündəlik orta hesabla təxmini 558 000 barrel neft ixrac edib. 2022-ci ildə isə ölkələr arasında baş verən neft ixrcatı ortalama 1 milyard barrel azalıb. 2023-cü ilin iyul ayında günə 1 milyon barel az neft ixrac etmək qərarına gələn Səudiyyə Ərəbistanı bu qərarın üzərində bir müddət qalacağını bildirib. Beynəlxalq Energetika Agentliyinin açıqladığına görə, bu qərar 2023-cü ilin sonuna qədər uzadılıb. 

Özünün neft ehtiyyatlarına qənaət etməyə qərar vermiş rəsmi Ər-Riyad, görünür, OPEC-in digər üzvlərini də plana cəlb edib. Digər üzv dövlətlərin də neft hasilatını azaltmasından sonra ümumi olaraq gündəlik 1.66 milyon barrel ixracat azlığı yaranıb. Ər-Riyadın açıqlamasına görə ölkənin iqtisadi-ekoloji stratejiyası təbii resursların qorunması və ölkə iqtisadiyyatının gələcəyini təminat altına alınması üçün həyata keçirilib. 

Qərar sadəcə ərəb ölkələri tərəfindən qəbul edilməyib, OPEC-in ən böyük tərəfdaşlarından biri olan Rusiya da özünün neft ixracatı həcmini 2023-cü ilin avqust ayında gündəlik 500 000 barrel, sentyabrda isə, 300 000 barrel azalma ilə nəticələndirib. Rusiya Baş Nazirinin müavini Aleksandr Novak 300 000 barrel azalmanın ilin sonuna qədər davam edəcəyini qeyd edib.  

Screenshot_3.png

İxracatın azaldılması məsələsinə Səudiyyə Ərəbistanı nöqteyi nəzərindən baxsaq, ölkənin bu qərara ehtiyacı olduğunu görmək mümkündür. Səudiyyə Ərəbistanı son onilliklərdə özünün neft və qeyri-neft sənayesinə xeyli sayda sərmayə yatırıb. Ölkə iqtisadiyyatnın neft hasilatından olan asılılığını minimuma endirmək üçün əlindən gələni edən krallıq, təkcə ölkədaxili deyil, həm də digər inkişaf etməkdə olan ölkələrə kütləvi şəkildə investisiya ayırmaqdadır. Belə bir halda, ölkənin gəlir qaynağını təminat altına alması həyati əhəmiyyət daşıyır. İqtisadiyyatın gedişatına uzun müddətli perspektivdən baxsaq, deyə bilərik ki, burada hökümətin tək məqsədi resursların faktiki həcmini qorumaq yox, həm də ərəb neftinin dəyərdən düşməsinin qarşısını almaqdır. Nəzərə almaq lazımdır ki, ölkənin neft hasilatından qazanılan gəlirləri demək olar ki, hər daim iqtisadiyyatın əsas gəlir mənbəyi olaraq qalacaqdır. Bu baxımdan, hazırda ölkənin öz neft yataqlarından istifadəni məhdudlaşdırması gələcək nəsillər üçün yaradılmış bir üstünlükdür. Səudiyyə Ərəbistanının bu uzun müddətli iqtisadi strategiyası, nəinki ölkənin neftini dəyərdən düşməyə qoyacaq, hətta dünya bazarında yer alan nəhənglərin ondan asılılığını gücləndirəcək.

Xarici qüvvələrdən bəhs etmişkən, bu qərarın ən çox ABŞ üçün xoşagəlməz olduğunu da qeyd etmək yerinə düşərdi. Uzun illərdir eyni siyasəti həyata keçirən ABŞ özünün neft ehtiyyatlarından istifadə etməkdənsə, xarici ölkələrdən neft idxal edirdi. ABŞ bu qərar qarşısında yeni bir çarə tapmaq üçün artıq bir sıra addımlar atıb.
Az öncə bəhs etdiyimiz kimi Rusiya da özünün neft ehtiyyatlarının hasilatını azaldıb. Lakin, fərqli coğrafi mövqe və fərqli siyasət, özündə fərqli səbəblər də gətirib. Moskvanın neft ixracatını azaltmasının arxasında yenə də neftin dəyərini qorumaq cəhdləri durur. Ukrayna müharibəsinin gözləniləndən daha uzun davam etməsi Rusiyanı bu addımı atmağa vadar edib. Müharibədə uğurlu ola bilmək üçün gəlir balansını qorumağa çalışan Kremlin öz təbii sərvətinin “qiymətini öldürməməyə” çalışır. Bu hal Avropa dövlətləri üçün məhdudlaşdırılan qaz ixracından sonra kabusa çevrilib. 

                    Screenshot_4.png

Hər iki ölkənin fərqli səbəblərdən eyni məqsədli qərar qəbul etməsi iqtisadi arenada Çin haqqında suallar yaradıb. Avropa ölkələri artıq Çin höküməti ilə yeni iqtisadi əməkdaşlığa başlamaq üçün danışıqlara başlayıblar. Beynəlxalq Energetika Agentliyinin açıqlamasına görə Çin gələcəkdə bu məsələdə daha yaxından iştirak edəcək. Bundan bir neçə onillik əvvəl siyasi arenada ciddi bir yeri olmayan dövlətlər, zamanla öz tarixi inkişaflarını özlərinin üstünlüyünə çeviriblər.

 

Fərid Axundov, ednews.net

İşğaldan azad edilmiş ərazilərdə neçə hektar sahə minalardan TƏMİZLƏNİB? - VİDEO

Xəbər xətti

Qarabağ Universitetinin bukleti hazırlanıb
19:29 18.05.2024
Azərbaycan boksçuları beynəlxalq turniri 5 medalla başa vurublar
19:00 18.05.2024
Mehriban Əliyeva Zəngilan səfəri ilə bağlı paylaşım edib
18:20 18.05.2024
Cəbrayılın Karxulu kəndində 940 fərdi ev inşa ediləcək
18:00 18.05.2024
Slovakiya Baş nazirinə qarşı hücum edən şəxs günahını etiraf edib
17:39 18.05.2024
Prezident və Birinci xanım Zəngilanda “Ağalı” otelinin açılışında - YENİLƏNİB
17:20 18.05.2024
Rusiya Ukraynada daha bir yaşayış məntəqəsini ələ keçirdi
17:00 18.05.2024
Türkiyənin İranla sərhədində hərbi maşın aşıb, 6-sı ağır olmaqla 11 nəfər yaralanıb
16:29 18.05.2024
Qəzzaya dənizdən humanitar yolu açılıb
Qəzzaya dənizdən humanitar yolu açılıb
16:00 18.05.2024
"ChatGPT-40" insanlarla mübahisə edir OpenAİ işçisi
"ChatGPT-40" insanlarla mübahisə edir OpenAİ işçisi
15:40 18.05.2024
Azərbaycan paraatleti Yaponiyada dünya çempionu OLDU
15:20 18.05.2024
Fransa Yeni Kaledoniyada hərbi vəziyyət ELAN ETDİ
Fransa Yeni Kaledoniyada hərbi vəziyyət ELAN ETDİ
15:00 18.05.2024
İlham Əliyev Zəngilanın Mincivan qəsəbəsinin təməlini qoyub
14:45 18.05.2024
Filippində zəlzələ oldu
14:40 18.05.2024
Zəngilanda yeni inşa olunan məscidin açılışı olacaq
14:36 18.05.2024
Rabatda Azərbaycanla bağlı sənədli filmin təqdimatı keçirilib
14:04 18.05.2024
Sabahın HAVA PROQNOZU
13:50 18.05.2024
İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin təməllərini qoyub
13:27 18.05.2024
Prezident Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoyub
13:20 18.05.2024
İşğaldan azad edilmiş ərazilərdə neçə hektar sahə minalardan TƏMİZLƏNİB? - VİDEO
12:45 18.05.2024
Şərqi Avropada enerji təhlükəsi yaranıb
Şərqi Avropada enerji təhlükəsi yaranıb
12:40 18.05.2024
"Qarsdan Naxçıvana dəmir yolu bu tarixdə HAZIR OLACAQ" – Türkiyəli nazir
12:05 18.05.2024
Hərbi Hava Qüvvələrinə yeni komandan TƏYİN EDİLDİ
11:41 18.05.2024
Ukrayna Prezidenti Çini sülh konfransına dəvət edib
Ukrayna Prezidenti Çini sülh konfransına dəvət edib
11:28 18.05.2024
Avropa ölkələri TAP ilə Azərbaycandan 35 milyard kubmetrdən çox qaz alıb
11:21 18.05.2024
Bu rayonlara qar yağıb – FAKTİKİ HAVA
Bu rayonlara qar yağıb – FAKTİKİ HAVA
11:11 18.05.2024
Ehtiyatda olan hərbçilərin təlimlərə çağırılması ilə bağlı RƏSMİ AÇIQLAMA
Ehtiyatda olan hərbçilərin təlimlərə çağırılması ilə bağlı RƏSMİ AÇIQLAMA
11:04 18.05.2024
Ramil İsgəndərli: "Müharibənin mənfi nəticələrinin aradan qalxmasında QHT-lərin çox böyük rolu oldu" - VIDEO
11:00 18.05.2024
ABŞ-dan Kiyevə QADAĞA
ABŞ-dan Kiyevə QADAĞA
10:52 18.05.2024
Azərbaycan neftinin qiyməti 85 dollara yaxınlaşır
Azərbaycan neftinin qiyməti 85 dollara yaxınlaşır
10:41 18.05.2024
"Qərb Rusiyanın məğlub olmasını istəmir" - Zelenski
"Qərb Rusiyanın məğlub olmasını istəmir" - Zelenski
10:30 18.05.2024
Mədəniyyət ocağının acınacaqlı vəziyyətə düşməsi ilə bağlı RƏSMİ AÇIQLAMA
10:30 18.05.2024
DİN-dən xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ
10:15 18.05.2024
Kirayə qaldığı evi satan kirayəçini neçə il həbs gözləyir? - Ekspertlərin RƏYİNDƏ
10:00 18.05.2024
Avtomobili və sürücülük vəsiqəsi olmayan şəxsə cərimə YAZILDI – VİDEO
09:40 18.05.2024
Qəzzada atəşkəs danışıqları dayandırıldı – KİV
Qəzzada atəşkəs danışıqları dayandırıldı – KİV
09:20 18.05.2024
Azərbaycanda ÜDM istehsalı 4 faizdən çox ARTIB – RƏSMİ
09:03 18.05.2024
Vəhşicəsinə öldürülən Könülün sonuncu dəfə telefonla danışdığı qadın da ÖLDÜ
06:34 18.05.2024
Meksikada atışmada merliyə namizəd və daha 5 nəfər ölüb
05:28 18.05.2024
Rusiyada hərbi akademiyada partlayış olub, xəsarət alanlar var
04:06 18.05.2024
Hamısı