CHP-nin 47 il aradan sonra qazandığı qələbə nə anlama gəlir? – ANALİTİKA

Analitika 16:00 01.04.2024

Bütün Türkiyə xalqının artıq uzun müddətdir həyəcanla gözlədiyi zaman gəlib çatdı və nəticələr hərçənd bir çoxlarının təəccübləndirdi. Cumhuriyyet Halk Partiyası (CHP) 47 il sonra ilk dəfə bələdiyyə seçkilərində bariz şəkildə qalib gəldi. Belə əlamətdar bir hadisə fonunda isə bir sıra suallar meydana gəldi. Bu qələbə Türkiyə üçün hansı önəmi kəsb edir? Azərbaycan bu siyasi dəyişiklikdən təsirlənəcək?

CHP necə qalib gəldi?

Ekran-Resmi-2024-03-31-21_50_13.png

Bu seçimin ən böyük gözədəyən dəyişikliyi sözsüz ki, siyasi xəritənin dəyişməsidir. Həmin bu siyasi xəritəyə müşayiət edən sekulyar – mühafizəkar qütbləşmənin yumşalmağa başladığının göstəricisidir. Əslində realistik bir perspektivdən yanaşsaq, CHP-nin bu seçkilərdə qalib gələcəyi ilə bağlı bir sıra proqnozlar verilmişdi. Lakin sözsüz ki, Kılıçdaroğlu rəhbərliyinin 2023-cü il may ayında keçirilən prezident seçkilərində məğlub olması bir çoxlarının bu proqnozlardan çəkindirdiyini görmək olurdu. Hərçənd burada ən təəccüblü məqam CHP-nin artıq Şərqi Anadolu şəhərlərində varlıq göstərməsi idi. Hansı ki, bu şəhərlər Ədalət və Qalxınma Partiyasının (AKP) güclü olduğu şəhərlər idi. Bu da əslində həm bələdiyyə seçkilərinin prezident seçkilərindən fərqini və iqtisadi problemlərin güclü faktorunu göstərdi. Belə ki, təxmin etmək olar ki, ölkədə mövcud olan iqtisadi problemlər artıq ölkənin aşağı sinif kateqoriyalarında hiss edilir və bu səbəbdən AKP tərəfdarlarının əslində seçkilərdə səs dəyişdiyini deyil də, bu seçkini bir növ səssiz şəkildə boykot edib. “Nə də olsa bu seçkilər hakimiyyət dəyişikliyinə təsir etməyəcək”, düşüncəsi altında belə addım atıldığını fərz etmək olar. Hərçənd AKP tərəfindən elə də sağlam bir rəqibin ortaya çıxarılmaması da ayrıca bir səbəb faktoru ola bilər. 

Tarix təkərrür edir...

Ekrem İmamoğlunun 2019-cu ildə İstanbul bələdiyyə sədrliyini qazandığı ilk gündən etibarən istər media, istər xalq, istərsə də bir çox siyasətçilər onun Rəcəb Tayyib Ərdoğanın yolunu getdiyini söyləyirdilər. Hansı ki, Ərdoğan da buna bənzər bir ssenari çərçivəsində siyasətə gəlmişdi. İmamoğlunun prezident olması ehtimalını dəyərləndirməzdən əvvəl isə digər bir məqama daha toxunmaq düşünürəm daha uyğun olardı:

Yenidən Rifah Partiyasının yüksəlişi.

 a5b45d70-c338-11ee-b258-cbba0a2c755f.jpg

Türkiyənin keçmiş baş naziri Necmettin Erbakan-ın oğlu Fatih Erbakanın yüksəlişi artıq düşünürəm ən surpriz hadisə olaraq yadda qaldı. 6,19% - lik göstərici sözsüz ki, onları seçkinin ən surpriz namizədi edir. Gələcək tarixlərdə atası və keçmiş baş nazir Necmettin Erbakan kimi siyasətin ön sıralarına gəlmək cəhdlərini görə bilərik. Buna uyğun olaraq digər kiçik faiz göstəricələrinə sahib partiyaların da gələcəkdə güc yığmasını gözləmək olar. Son bir qeyd olaraq, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın da baş verən bu əlamətdar hadisələri ölkə demokratikasının göstəricisi olaraq alqışlaması düşünürəm bu seçkilərin ən pozitiv məqamı ola bilər. Bələdiyyə seçkiləri həqiqətən də Cümhuriyyətin demokratik uğurudur. 

İmamoğlunun prezidentlik ehtimalı və Azərbaycan ilə münasibətlər....

Bir çoxları artıq Ekram İmamoğlunun 2028-ci il prezident seçkilərində prezident Rəcəb Tayyib Ərdoğana qarşı CHP-nin bariz namizədi olaraq göstərir. Hərçənd Ərdoğan özünün 31 mart keçirilən seçkilərin onun son seçkiləri olacağını söyləyib. Lakin əgər belə olmazsa və yenidən prezidentliyə namizədlik irəli sürərsə hansı ki, bu da konstitusiya dəyişikliyini tələb edir, o, zaman burada sözsüz ki fərqli bir səhnə görə bilərik. 

Azərbaycan ilə münasibətlərin dəyişməsi qorxusu və ya belə bir fonun olması isə sözsüz ki, absurddur. Bundan əvvəl Türkiyədə keçirilən prezident seçkilərində Kılıçdaroğlunun bir sıra uğursuz, Azərbaycanı “kənar”da göstərdiyi layihə ilə çıxması sözsüz bir çoxlarında qorxu yaratmışdı. Lakin belə bir məsələdən hərçənd söz gedə bilməz. Azərbaycan və Türkiyə arasında siyasi, iqtisadi və digər sahələrdəki əməkdaşlıq, qısa müddətli, bir dəfəlik əməkdaşlıqlar deyil. Ona görə baş verən bu hadisələrin Azərbaycana təsirini gözləmək düşünürəm elə də mənalı olmaz. Hələ ki, qarşıda 4 ildən də çox bir zaman aralığı mövcuddur. Baş tutan nəticələr hərçənd nə olursa, olsun Azərbaycan bu proseslərdən təsirlənməyəcək. 

Əkbər Novruz

1c3d6b1a-f4f4-436d-b486-31925218b922.jpg

Ermənilər Azərbaycanla delimitasiya əleyhinə Xeyrimlidən İrəvanadək yürüş keçirirlər - VİDEO

Xəbər xətti

Poroşenko da Rusiya Federasiyasında axtarışa verildi
00:13 05.05.2024
“Qalatasaray” əsas hücumçusunu satmağa qərar verdi
23:44 04.05.2024
Sadiq Xan III dəfə London meri seçildi
23:27 04.05.2024
Xarkov atəşə tutulub, istehsalat zavodunda yanğın başlayıb
22:55 04.05.2024
Şəkidə iki nəfər GÜLLƏLƏNİB
22:32 04.05.2024
İsrail və Fələstin arasında razılıq əldə olunub
22:00 04.05.2024
Braziliyada daşqın nəticəsində ölənlərin sayı 56-ya çatıb
21:33 04.05.2024
Nazir: İqlim maliyyələşməsinin böyük hissəsini inkişaf etmiş ölkələr ayırmalıdır
21:11 04.05.2024
Mayın 5-6-da maqnit qasırğası olacaq
20:50 04.05.2024
Azərbaycanda ilin ortalarında büdcə proqnozlarına yenidən baxıla bilər
20:22 04.05.2024
Demokratiya bayrağı altında mürtəce siyasət: Azərbaycanla bacarmayan Qərb Gürcüstanı hədəfə alıb
19:55 04.05.2024
Əli Əmirlinin "Xeyir xəbər" pyesi əsasında yeni tamaşa hazırlanır
19:29 04.05.2024
TƏBİB Gəncə Şəhər Birləşmiş Xəstəxanasındakı nöqsan və hüquqpozmalara münasibət bildirib
19:00 04.05.2024
Avropa Komissiyasının rəsmisi Ağdamda
18:35 04.05.2024
Ermənilər Azərbaycanla delimitasiya əleyhinə Xeyrimlidən İrəvanadək yürüş keçirirlər - VİDEO
18:29 04.05.2024
ADB müşaviri: “Uyğunlaşma iqlim dəyişikliyi problemlərinin həllində mühüm elementdir”
18:00 04.05.2024
Azərbaycan və Türkiyə XİN başçılarının görüşü olub
17:35 04.05.2024
ABŞ Stirlinq Fondu Azərbaycanda mina təhlükəsi ilə bağlı maliyyə yardımı göstərəcək
17:04 04.05.2024
Azərbaycanda ilk dəfə Milli Xalça Festivalı keçirilir
17:00 04.05.2024
NATO rəsmisi: Azərbaycanla qarşılıqlı faydalı tərəfdaşlıq qurmuşuq
NATO rəsmisi: Azərbaycanla qarşılıqlı faydalı tərəfdaşlıq qurmuşuq
16:40 04.05.2024
XİN: NATO proqramına qoşulmağımız ölkəmizin sülhün təşviqinə davamlı sadiqliyinin təzahürüdür
16:20 04.05.2024
Ağsuda narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər SAXLANILDI
16:00 04.05.2024
Azərbaycanda şirkət və müəssisələrə məşhur sistemlə bağlı XƏBƏRDARLIQ
15:40 04.05.2024
Saxta “Fairy”, “Ariel“, “Domestos” hazırlayan GİZLİ sex aşkarlandı
15:20 04.05.2024
Hava şəraiti ilə bağlı Bakı Marafonu iştirakçılarına MÜRACİƏT
15:00 04.05.2024
Prezident Türkiyə ilə imzalanmış daha bir Sazişi TƏSDİQLƏDİ
14:48 04.05.2024
SON DƏQİQƏ: Azərbaycanda ZƏLZƏLƏ oldu
14:28 04.05.2024
Xankəndi Şəhər Prokurorluğu yaradıldı - SƏRƏNCAM
14:15 04.05.2024
Sabunçuda yanğın olub
14:00 04.05.2024
Sabah 25 dərəcə İSTİ OLACAQ
13:45 04.05.2024
Sabahın hava proqnozu
Sabahın hava proqnozu
13:30 04.05.2024
Baş nazir gələn həftə Türkiyəyə səfər edəcək
13:15 04.05.2024
Azərbaycanda yeni ixtisaslarla bağlı meyarlar MÜƏYYƏNLƏŞDİ
12:30 04.05.2024
Bölgələrə yağış, Şahdağa isə qar yağıb - FAKTİKİ HAVA
12:15 04.05.2024
Beynəlxalq səyyahlar Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər -YENİLƏNİB
12:00 04.05.2024
FHN-dən hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ
11:45 04.05.2024
Xankəndidə 59 qumbara və 33 avtomat TAPILIB
Xankəndidə 59 qumbara və 33 avtomat TAPILIB
11:15 04.05.2024
NATO Rusiyaya xəbərdarlıq etdi
11:00 04.05.2024
Yol Polisindən bu sürücülərə MÜRACİƏT
10:45 04.05.2024
Adil Əliyevin ailəsinə AĞIR İTKİ
Adil Əliyevin ailəsinə AĞIR İTKİ
10:30 04.05.2024
Hamısı