Qafqazda sülh, qlobal seçkilər, Yaşıl dünya, iqtisadi böhran - 2024 - dən nələr gözlənilməlidir?

Analitika 14:00 30.12.2023

2023 – cü il yalnız Azərbaycanda deyil, həm də bütün dünya ölkələri üçün məzmunlu və həyəcanlı keçdi. İstər silahlı qarşıdurmaların artması, istər süni intellektin inkişafı,  istərsə də enerji resursları xəritəsinin yenidən tərtib edilməsi və “Yaşıl Enerji”nin gündəmə gəlməsi olsun, onu deyə bilərəm ki, dünya sürətlə dəyişir. Pandemiya dövründən sanki rəsmi olaraq çıxdığımızı bu il tam hiss etdik. Artıq dünya çox qısa bir müddət – 1 – 2 il əvvəl ilə müqayisədə daha fərqli görünür. İndi isə bu məzmunlu ilin 2024 – cü ilə necə təsir göstərəcəyinə, hansı tendensiyaları ilə yadda qala bilər gəlin nəzər yetirək:

Sülh və əmin – amanlıq....

Azərbaycan və Ermənistan arasındakı düşmənçiliyin uzun tarixi olsa da, iki ölkə arasındakı düşmənçilik artıq 30 ildən çox idi ki, qanlı münaqişəyə çevrilmişdi. Bu qanlı münaqişə istər Azərbaycan, istərsə də Ermənistan tərəfi üçün unutulmaz xatirələrlə yadda qaldı. Hətta düşmənçilik elə həddə gəlmişdi ki, regionda nə vaxtsa bu iki ölkə arasında sülhün olmasını keçin, ona ümid belə bəslənilmirdi. 2023 – cü ilin sentyabrında Azərbaycanın şanlı ordusunun Xankəndidə seperatçıların “tetris”ə bənzər bayrağını endirib, şanlı Azərbaycan bayrağını dalğalandıraraq, ölkənin öz ərazi bütövlüyünü bərqərar etməsi nəyinki sülhə təkan verdi, hətta regiona fərqli perspektiv gətirdi. Artıq iki ölkə tarixlərində ilk dəfə birlikdə bəyanat yayır, sülhə gün keçdikcə daha da yaxınlaşır. Əlbəttə əfsuslar ki, ölkəmiz üçün bu şanlı ili sülh müqaviləsi ilə zirvə nöqtəsinə çıxara bilmədik, lakin 2024 – cü ilin ilk aylarında baş verməsi olduqca yüksək ehtimaldır.

Qlobal seçkilər ili...

Növbəti il dünya tarixində daha bir əlamətdar və bəlkə tarixə keçəcək bir hadisə baş verəcək. 2024 – cü ildə ölkəmiz də daxil olmaqla 70 - ə yaxın ölkədə seçkilər keçiriləcək. Bu il 4,2 milyard insan seçkilərdə iştirak edəcək. Geosiyasi sferada çox böyük dəyişikliklərin olacağnisbətən çətin görünür, lakin əsasən ABŞ və Aİ daxilindəki seçkiləri göz önündə saxlamaq lazımdır. II Soyuq Müharibə dövrünə girə bilərik.

“Yaşıl dünya naminə həmrəylik ili”....

Bu il ilə birlikdə aktiv olaraq gündəm olan yaşıl enerjiyə keçid “trend”i növbəti il öz aktuallığını qorumaqda davam edəcək. Bu trend özü ilə birlikdə fərqli perspektiv ortaya çıxaracaq. Özü ilə birlikdə bu trendə uyğun supergüclər yaradacaq, təbii ehtiyatlar xəritəsinin yenidən çəkilməsinə şərait yaradacaq. Ələxsus həmçinin yeni əməkdaşlıqlar da ortaya çıxaracağı şübhəsizdir. Azərbaycan da bu trenddən geri qalmayaraq növbəti il bu sahədə aktiv şəkildə iştirak etməyi planlaşdırır. Hətta növbəti ilin noyabr ayında iqlim məsələləri və yaşıl enerjinin inkişafına uyğun olaraq “COP29” tədbirinə ev sahibliyi edəcək. Hətta ölkə prezidenti də növbəti ili, “Yaşıl dünya naminə həmrəylik ili”olaraq da qeyd edib. Neft resursları ilə zəngin olan və əsasən də iqtisadiyyatı ona aslı olan ölkə olaraq bu istiqamətdə fəaliyyət göstərməyimiz olduqca pozitiv bir haldır. Nəzərdə saxlamaq lazımdır ki, Azərbaycan da daxil olmaqla, dünyada neft resurslarının əsrimizin sonuna kimi bitməsi gözlənilir. Yəni bu əlbəttə ki, bir proqnozdur, olması ehtimalı isə əlbəttə ki, yüksəkdir. Unutmayaq ki,bu tükənən enerji ehtiyatıdır və ətraf mühitə olduqca zərər vurur. Bu istiqamətdə inkişafımız mütləqdir. Ümid edək ki, bu il BƏƏ-də olduğu kimi fərqli ölkələrlə neft əməkdaşlığının danışılması üçün bir fürsətlər tədbiri fiaskosu, bizdə də yaşanmaz.

Ayağa qalx Avropa…

Köhnə qitə üçün artıq geridə buraxacağımız il fərqli emosiyalarla xatirədə qalacağı şübhəsizdir. İlin əvvəlində Aİ-nin Ukraynada, Cənubi Qafqaz regionunda və öz daxilində dünya sülhünə, İttifaqın inkişaf etmək işartılarını görsəkdə aylar keçdikcə o, işartı sönməy başladı. İlk öncə Afrikada başlayan üsyanlar, köç problemi, Ukrayna böhranının uzanması və Cənubi Qafqazda sülhün təmin edilə bilməməsi, Alyansın reputasiyasıı məhv etdi. Bunlar da azıymış kimi Qəzza böhranının ortaya çıxması onun mediatorluq rolunu tamamilə fiaskoya çıxardı. İndilərdə Macarıstanın Ukraynaya veto qoyması problemi ilə mübarizə aparan İttifaqın gələcəyi parlaq görünmür. Hətta Ukrayna və Moldova kimi özünə ziyan vuracaq ölkələri Aİ-yə almaq istəyi olduqca qorxunc görsənir. Aİ- anlamalıdır ki, eninə deyil dərininə inkişaf mütləqdir. Genişləməklə özünün ömrünü qısaldır. Soyuq Müharibədə olduğu kimi yenə ABŞ-Rusiya qarşıdurmasının əsas aktoru Avropadır. Bu qlobal seçki tendensiyasından əlbət onlar da öz paylarını alacaqlar. Lakin ümid edilməli olan odur ki, orada yüksələm ifrat sağçılar İttifaqın xeyrinə addım atarlar. İslahatlar mütləqdir.

Qlobal resessiya...

Qərb iqtisadiyyatları 2023-cü ildə gözləniləndən daha yaxşı nəticə göstərdi, lakin hələ də təhlükədən uzaq deyillər və faiz dərəcələrinin daha uzun müddətə”qalması, hətta tənəzzüldən yayınsalar belə, şirkətlər və istehlakçılar üçün ağrılı period  olacaq. BVF – nin proqnozlarına əsasən mövcud münaqişələrin davam etməsi fonunda iqtisadi böhran ola biləcəyi gözlənilir.

Süni intellekt(AI) gerçəkləşir...

Bir çox müəssisələr artıq süni intellekt gerçəkliyini qəbul edir və onların istifadəsini artırır. Bir çox texnoloji şirkətlər artıq böyük rəqabətə giriblər. Hətta bu il süni intellektlərin gələcəyi ilə bağlı bir çox dövlətlərin iştirakı ilə beynəlxalq konfranslar da təşkil edildi. Avropa İttifaqı da bunun istifadəsi ilə bağlı qanun layihəsi də qəbul edib. Bu innovasiyadan geri qalacaq ölkələr sözsüz ki, çox şey itirəcəklər. AI – nin gələcəyi həm təhlükəli, həm də ümid bəsləyici görünür.

Əkbər Novruz

1c3d6b1a-f4f4-436d-b486-31925218b922.jpg

İşğaldan azad edilmiş ərazilərdə neçə hektar sahə minalardan TƏMİZLƏNİB? - VİDEO

Xəbər xətti

Mehriban Əliyeva Zəngilan səfəri ilə bağlı paylaşım edib
18:20 18.05.2024
Cəbrayılın Karxulu kəndində 940 fərdi ev inşa ediləcək
18:00 18.05.2024
Slovakiya Baş nazirinə qarşı hücum edən şəxs günahını etiraf edib
17:39 18.05.2024
Prezident və Birinci xanım Zəngilanda “Ağalı” otelinin açılışında - YENİLƏNİB
17:20 18.05.2024
Rusiya Ukraynada daha bir yaşayış məntəqəsini ələ keçirdi
17:00 18.05.2024
Türkiyənin İranla sərhədində hərbi maşın aşıb, 6-sı ağır olmaqla 11 nəfər yaralanıb
16:29 18.05.2024
Qəzzaya dənizdən humanitar yolu açılıb
Qəzzaya dənizdən humanitar yolu açılıb
16:00 18.05.2024
"ChatGPT-40" insanlarla mübahisə edir OpenAİ işçisi
"ChatGPT-40" insanlarla mübahisə edir OpenAİ işçisi
15:40 18.05.2024
Azərbaycan paraatleti Yaponiyada dünya çempionu OLDU
15:20 18.05.2024
Fransa Yeni Kaledoniyada hərbi vəziyyət ELAN ETDİ
Fransa Yeni Kaledoniyada hərbi vəziyyət ELAN ETDİ
15:00 18.05.2024
İlham Əliyev Zəngilanın Mincivan qəsəbəsinin təməlini qoyub
14:45 18.05.2024
Filippində zəlzələ oldu
14:40 18.05.2024
Zəngilanda yeni inşa olunan məscidin açılışı olacaq
14:36 18.05.2024
Rabatda Azərbaycanla bağlı sənədli filmin təqdimatı keçirilib
14:04 18.05.2024
Sabahın HAVA PROQNOZU
13:50 18.05.2024
İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin təməllərini qoyub
13:27 18.05.2024
Prezident Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoyub
13:20 18.05.2024
İşğaldan azad edilmiş ərazilərdə neçə hektar sahə minalardan TƏMİZLƏNİB? - VİDEO
12:45 18.05.2024
Şərqi Avropada enerji təhlükəsi yaranıb
Şərqi Avropada enerji təhlükəsi yaranıb
12:40 18.05.2024
"Qarsdan Naxçıvana dəmir yolu bu tarixdə HAZIR OLACAQ" – Türkiyəli nazir
12:05 18.05.2024
Hərbi Hava Qüvvələrinə yeni komandan TƏYİN EDİLDİ
11:41 18.05.2024
Ukrayna Prezidenti Çini sülh konfransına dəvət edib
Ukrayna Prezidenti Çini sülh konfransına dəvət edib
11:28 18.05.2024
Avropa ölkələri TAP ilə Azərbaycandan 35 milyard kubmetrdən çox qaz alıb
11:21 18.05.2024
Bu rayonlara qar yağıb – FAKTİKİ HAVA
Bu rayonlara qar yağıb – FAKTİKİ HAVA
11:11 18.05.2024
Ehtiyatda olan hərbçilərin təlimlərə çağırılması ilə bağlı RƏSMİ AÇIQLAMA
Ehtiyatda olan hərbçilərin təlimlərə çağırılması ilə bağlı RƏSMİ AÇIQLAMA
11:04 18.05.2024
Ramil İsgəndərli: "Müharibənin mənfi nəticələrinin aradan qalxmasında QHT-lərin çox böyük rolu oldu" - VIDEO
11:00 18.05.2024
ABŞ-dan Kiyevə QADAĞA
ABŞ-dan Kiyevə QADAĞA
10:52 18.05.2024
Azərbaycan neftinin qiyməti 85 dollara yaxınlaşır
Azərbaycan neftinin qiyməti 85 dollara yaxınlaşır
10:41 18.05.2024
"Qərb Rusiyanın məğlub olmasını istəmir" - Zelenski
"Qərb Rusiyanın məğlub olmasını istəmir" - Zelenski
10:30 18.05.2024
Mədəniyyət ocağının acınacaqlı vəziyyətə düşməsi ilə bağlı RƏSMİ AÇIQLAMA
10:30 18.05.2024
DİN-dən xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ
10:15 18.05.2024
Kirayə qaldığı evi satan kirayəçini neçə il həbs gözləyir? - Ekspertlərin RƏYİNDƏ
10:00 18.05.2024
Avtomobili və sürücülük vəsiqəsi olmayan şəxsə cərimə YAZILDI – VİDEO
09:40 18.05.2024
Qəzzada atəşkəs danışıqları dayandırıldı – KİV
Qəzzada atəşkəs danışıqları dayandırıldı – KİV
09:20 18.05.2024
Azərbaycanda ÜDM istehsalı 4 faizdən çox ARTIB – RƏSMİ
09:03 18.05.2024
Vəhşicəsinə öldürülən Könülün sonuncu dəfə telefonla danışdığı qadın da ÖLDÜ
06:34 18.05.2024
Meksikada atışmada merliyə namizəd və daha 5 nəfər ölüb
05:28 18.05.2024
Rusiyada hərbi akademiyada partlayış olub, xəsarət alanlar var
04:06 18.05.2024
Azərbaycanın voleybol millisi Xorvatiyanı məğlub edib
03:59 18.05.2024
Azərbaycan Premyer Liqası: "Qarabağ" "Turan Tovuz"a qalib gəlib
02:17 18.05.2024
Hamısı