Dünya çapında qlobal TV-lərdən ən məşhuru olan CNN Azərbaycana veriliş həsr edib.
Ednews xəbər verir ki, bu kanalın tanınmış aparıcısı Kristian Amanpur Qarabağdakı separarçıların keçmiş lideri, hazırda Azərbaycanda həbsdə olan Ruben Vardanyanın oğlu David Vardanyanı efirə çıxardıb.
O, atasının saxlanma şəraiti və başqa məsələlərlə bağlı tənqidi yöndə danışıb:
"Atam Ruben Vardanyan 200 gündən çox əvvəl qanunsuz həbs edilib. Bundan əvvəl o, 120 min etnik erməni ilə 9 aylıq blokadada olub. Şəxsən mən noyabrda saxlanılandan sonra onunla cəmi bir dəfə danışmışam. Halbuki, əvvəllər həftədə bir dəfə hər çərşənbə axşamı anama zəng edə bilirdi. Lakin aprelin 2-dən biz onun səsini eşitmirik və onun erməni xeyriyyəçisi kimi tanınmasını və Dağlıq Qarabağın 120.000 etnik ermənisinin hüquqları ilə bağlı açıq mövqeyini nəzərə alaraq onun vəziyyətindən getdikcə narahat oluruq. Təəssüflər olsun ki, faciəvi şəkildə onun aprelin 5-dən aclıq aksiyasına başladığını bildik. Yalnız ötən həftənin sonunda atamın xarici dünya ilə əlaqəsini açıq şəkildə inkar etməsi ilə biz xüsusi olaraq onun etirazını susdurmağa inanırıq, buna görə aclıq aksiyasına başlayıb".
Daha ətraflı videoda:
Xəyal Ramiz