Gennadiy Balaşov
Ukrayna «5.10» siyasi partiyasının lideri, ictimai xadim, biznes-filosof, sahibkar və bloger, özəl olaraq Eurasia Diary üçün.
Parlament ətrafında hansı siyasi qüvvələrin yer aldığına nəzər salın. Səhnə Xalq Cəbhəsinin vəsaiti hesabına saxlanır (siyasi şuranın rəhbəri, keçmiş baş nazir Yatsenyukdur), səhnə ətrafında isə Daxili İşlər Naziri Avakovun nəzarəti altında olan Milli Korpusu və reytinqi aşağı olan, ancaq buna baxmayaraq, satın alınmış etirazçılardan ibarət olan kütlə formalaşdira bilən Batkivşina partiyasını (keçmiş Baş nazir Timoşenko) görürük . Digər siyasi qüvvələrin təmsilçiləri say etibarilə azlıq təşkil edir. Etiraz aksiyalarında həmçinin, 20-yə yaxın qatı millətçilikdən sosialist baxışlara kimi “qrant yeyən” təşkilatlar da fəal iştirak edir.
Bütün bunlar parlament və prezident tərəfindən üç şərtin yerinə yetirilməsini tələb edən Saakaşvilinin “Yeni qüvvələr hərakatının” xaotik iğtişaşları ilə tamamlanır. Bura Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsinin yaradılması, parlament immunitetinin ləğvi və seçkilər haqqında qanunun qəbul edilməsi (açıq siyahılarla mütənasib sistem) daxildir. Ancaq yuxarıda göstərilənləri tələb adlandırmaq olmaz, çünki parlament etirazlar olmadan da bu məsələləri nəzərdən keçirir. Kiyevdəki iğtişaşlar əhalinin iştirak etmədiyi səhnələşdirilmiş aksiyadır və əhali bu etirazları dəstəkləmir. Gecə zamanı hökümət kvartalının dörddə bir hissəsinin boş qalması da buna sübutdur. Satın alınmış fəalların əksəriyyəti evlərinə gedir və yalniz kamuflaj geyinmiş “silahlı qruplar”a rast gəlmək olar.
Etiraz aksiyaları və ixtişaşlar heç bir nəticə verməyəcək. Belə ki, partiyalar və fəallar bu aksiyaların öz sifarişçilərinə gəlir gətirmədiklərini görüb dağılışıcaqlar. İxtişaşlarda iştirak etmiş siyasi partiyalar fiaskoya məruz qaldı - xalq onları dəstəkləmədi. Müharibə və ixtişaşlardan yorulan Ukrayna xalqı sülh şəraitində çalışmaq və gəlir əldə etmək istəyir.
Beynəlxalq Valyuta Fondu Ukraynaya maliyyə yardımı göstərməyə davam edir. Hakim koalisiya BVF, Avropa və Amerika üçün faydalı olan qanunlar qəbul edir və bu o deməkdir ki, prezident və hökümət məsələni nəzarət altında saxlanması üçün xeyli sayda imkan və ehtiyyatlara sahibdir. Dövlət aparatı öz hüquq-mühafizə qüvvələrini nümayiş etdirməklə gücünü və özünü müdafiə qabiliyyətini göstərmiş oldu. Həmçinin hökümət də ixtişaşların qarşısını ala bilər və bu o deməkdir ki, müxalifət ölkəni dəyişikliklər etmək üçün tamamilə fərqli üsullar və yollar axtarmalıdır.
Kreml Rusiyası üçün bu vəziyyət sərfəlidir. Putinin seçkiqabağı kampaniyası başladılıb. Belə bir vaxtda seçicilərin Kiyevin mərkəzində məşəlləri, mağazaların dağıdılması və böyük dağıntıları görməsi xoşdur.
Ukraynada partiyalar dövlətə itaətkarlıq, vergi və qadağalara əsaslanan köhnəlmiş ideologiyaları olan partiyalar dövlətə, onun imicinə, əhalisinə ciddi xələl gətirir. Bu həm müxalifət, həm də hökumət tərəfdarı olan siyasi qüvvələrə aiddir və demək olar ki, bir-birindən fərqləmirlər.
Onların siyasi proqramlarının mənasız olması Ukraynanın tarixində ən güclü ideoloji böhrana səbəb oldu. Ümid edək ki, bu fonda libertarianizm də daxil olmaqla digər hərəkatlər da inkişaf etməyə başlayacaq.