Monteneqro Parlamentinin sədri: Hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişik

Siyasət 21:33 26.04.2024

Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroya rəsmi səfəri çərçivəsində bu ölkə Parlamentinin sədri Andrija Mandiç ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Ednews-a verilən məlumata görə, əvvəlcə, tərəflər arasında təkbətək görüş keçirilib. Görüşdə ölkələrimiz və parlamentlərimiz arasında münasibətlərə dair fikir mübadiləsi aparılıb. Görüşdən sonra Sahibə Qafarova xatirə kitabını imzalayıb.

Sonra nümayəndə heyətlərinin iştirakı ilə görüş davam edib.

Azərbaycan Milli Məclisinin sədrini səmimiyyətlə salamlayan Andrija Mandiç bu səfərin ölkələrimiz və qanunverici orqanlarımız arasında əməkdaşlığın daha da genişlənməsinə töhfə verəcəyinə inamını ifadə edib.

Görüşdə ölkələrimizin dost və etibarlı tərəfdaş olduqları, bir çox məsələlərdə ortaq dəyərləri və fikirləri bölüşdükləri qeyd edilib.

Andrija Mandiç ölkəsinin Azərbaycanla münasibətlərin inkişafında maraqlı olduğunu diqqətə çatdırıb. Görüşdə ötən il ölkələrimiz arasında əlaqələrin yaradılmasının 15 illiyinin qeyd olunduğu vurğulanıb. Bildirilib ki, bu illər ərzində bir sıra sahələrdə münasibətlərimiz müsbət inkişaf yolu keçib.

S.Qafarova göstərilən yüksək qonaqpərvərliyə görə təşəkkür edərək, ikitərəfli münasibətlərin inkişafında yüksək səviyyəli səfərlərin və görüşlərin müstəsna rolunu qeyd edib.

Görüşdə ikitərəfli və çoxtərəfli münasibətlərə mühüm və müsbət təsir göstərən amillərdən biri kimi parlamentlərin qarşılıqlı fəaliyyətinin əhəmiyyəti qeyd olunaraq, vurğulanıb ki, bu istiqamətdə də əlaqələri daha da dərinləşdirmək baxımından qarşılıqlı səfərlər və dialoqu davam etdirmək çox vacibdir.

Səfərin Milli Məclisin sədri kimi Monteneqroya ilk rəsmi səfəri olduğunu bildirən Sahibə Qafarova bu ölkə parlamentinin rəhbərləri ilə baş tutmuş görüşlərini məmnunluqla xatırlayıb.

Söhbət zamanı dostluq qruplarının birgə fəaliyyətinin önəmi diqqətə çatdırılıb. Qeyd olunub ki, dostluq qrupları müntəzəm təmaslar, dialoq və fikir mübadiləsi ilə parlamentlərimiz arasında körpü rolunu oynayır. Tərəflər parlament komitələri arasında da əməkdaşlıq məsələləri barədə fikir mübadiləsi aparıblar.

S.Qafarova görüşdə regionda mövcud olan vəziyyət barədə də geniş məlumat verib. O, Azərbaycanın öz ərazilərini 30 illik işğaldan azad edərək, ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdiyini xatırladaraq, deyib ki, hazırda Azərbaycanın təşəbbüsü ilə ölkəmizin irəli sürdüyü 5 prinsip əsasında sülh sazişinin imzalanmasına heç bir maneə yoxdur.

S.Qafarova, hazırda sülh sazişi üzrə danışıqlar haqqında məlumat verərək, Emənistanla Azərbaycanın bu gün sülhə yaxın olduqlarını bildirib. O, Ermənistanın işğal etdiyi 4 kəndin Azərbaycana qaytarılmasına razılıq verməsinin iki ölkənin heç bir vasitəçilik və kənar müdaxilə olmadan birbaşa danışıqlar yolu ilə müsbət nəticə əldə edə biləcəyinin göstəricisi olduğunu diqqətə çatdırıb.

Milli Məclisin sədri təəssüflə bəzi dövlətlərin, ilk növbədə Fransanın regionumuzda gərginliyi artırmaq üçün addımlar atdığını bildirib. Spiker diqqətə çatdırıb ki, Avropa Şurası Parlament Assambleyası, Avropa Parlamenti və digər beynəlxalq təşkilatlarda Azərbaycanın yeni müharibəyə hazırlaşması yönündə uydurma, həqiqətdən uzaq iddialarla ölkəmizə qarşı qarayaxma kampaniyası aparır, antiazərbaycan siyasəti həyata keçirir. Onun sözlərinə görə, Fransa həmçinin Ermənistanı da silahlandırır ki, bu da sülhə xidmət etməyən, yeni münaqişənin alovlanmasına hesablanmış yanaşmadır.

S.Qafarova aprelin 25-də Avropa Parlamentinin (AP) Azərbaycanda vətəndaş cəmiyyəti və insan hüquqları məsələsinə dair obyektivlikdən uzaq, yalan və saxta məlumatlar üzərində qurulmuş qətnamə qəbul etdiyini xatırladaraq, AP-nin bu addımını ölkəmizə qarşı qərəzli siyasi aksiya kimi qiymətləndirib. O, bu təşkilatın Azərbaycana qarşı düşmənçilik və qarayaxma kampaniyası aparan qüvvələrin əlində alətə çevrildiyini deyib.

Monteneqro Parlamentinin sədri Andrija Mandiç isə deyib ki, onun ölkəsi hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. O, imzalanacaq sülh sazişinin regionda sülh və əməkdaşlığa töhfə verəcəyinə əminliyini ifadə edib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.

Görüşdən sonra iki ölkənin spikeri Monteneqro parlamentində yaradılan "Barbara Prammer Demokratiya Emalatxanası"nda da iştirak ediblər. Spikerlər burada şagirdlərlə görüşüb, onların suallarını cavablandırıblar.

SON DƏQİQƏ: İsrail əsgərləri Rəfaha öz bayrağını sancdılar - VIDEO

Xəbər xətti

Mətbuat Şurasının təmsilçiləri "Yeni Tərtər" qəzetinin 90 illik yubiley toplantısında iştirak ediblər
14:48 07.05.2024
İsrailin quru əməliyyatı: “Rəfəhdə yeraltı tunellər tapdıq”.
İsrailin quru əməliyyatı: “Rəfəhdə yeraltı tunellər tapdıq”.
14:45 07.05.2024
Bu şəxslər 12000 manatadək CƏRİMƏLƏNƏCƏKLƏR
14:35 07.05.2024
“Bu çağırış sülh istəyən dövlət üçün fürsət ola bilər” – Politoloqun ŞƏRHİNDƏ
14:30 07.05.2024
SON DƏQİQƏ: İsrail əsgərləri Rəfaha öz bayrağını sancdılar - VIDEO
14:29 07.05.2024
Prezident: “Slovakiya və Azərbaycan bu gün suverenlik əsasında qurulmuş siyasətlə idarə olunur”
14:22 07.05.2024
Paşinyan sabah Moskvaya gedəcəyini təsdiqlədi
Paşinyan sabah Moskvaya gedəcəyini təsdiqlədi
14:11 07.05.2024
Ağdamın Qərvənd kəndini Slovakiya şirkəti İNŞA EDƏCƏK
14:04 07.05.2024
BMT-nin müstəqil eksperti: "Heydər Əliyev Rusiyanı Şərqə doğru yönəltdi" - MÜSAHİBƏ - VİDEO
14:00 07.05.2024
Azərbaycanla Slovakiya ilə birgə istehsal sahələri yaradacaq
13:52 07.05.2024
İlham Əliyev: “Bu gün Slovakiya-Azərbaycan əlaqələrində yeni səhifə açılır”
13:46 07.05.2024
Putinin beşinci prezidentlik müddəti başlayıb - VİDEO
Putinin beşinci prezidentlik müddəti başlayıb - VİDEO
13:34 07.05.2024
İlham Əliyev və Robert Fitso mətbuata bəyanatlarla çıxış edirlər
13:23 07.05.2024
Azərbaycan-Slovakiya sənədləri İMZALANDI
13:08 07.05.2024
Bu il 15,1 min şəxsə əlillik təyin olunub
12:59 07.05.2024
Putinin andiçmə mərasimi başladı - CANLI
Putinin andiçmə mərasimi başladı - CANLI
12:54 07.05.2024
Səudiyyə Ərəbistanı şahzadəsinə sui-qəsd olunub?
Səudiyyə Ərəbistanı şahzadəsinə sui-qəsd olunub?
12:50 07.05.2024
Bolqarıstan Prezidenti Azərbaycana səfər edəcək
Bolqarıstan Prezidenti Azərbaycana səfər edəcək
12:41 07.05.2024
Stiven Siqal Putinin andiçmə mərasimi üçün Kremlə gəldi - VİDEO
12:33 07.05.2024
İlham Əliyevin Slovakiyanın Baş naziri ilə geniş tərkibdə görüşü başlayıb
12:10 07.05.2024
Azərbaycan QHT-ləri UNESCO-nun Baş direktoruna açıq məktub ünvanladı
12:05 07.05.2024
Qəbir əzabı yoxdur? - İlahiyyatçı AÇIQLADI
12:00 07.05.2024
Bu sürücülər 40 AZN CƏRİMƏLƏNƏCƏK – XƏBƏRDARLIQ
11:55 07.05.2024
Çinin Fransaya iqtisadi güzəştinin arxa planında nə dayanır?
Çinin Fransaya iqtisadi güzəştinin arxa planında nə dayanır?
11:50 07.05.2024
Qazaxıstanda sülh sazişi imzalana bilər? - Gürcü politoloq AÇIQLAYIR - ÖZƏL
11:45 07.05.2024
Milli Məclis Mehriban Əliyevanı TƏBRİK ETDİ
11:39 07.05.2024
İngiltərə Müdafiə Nazirliyi kiberhücuma məruz qaldı
İngiltərə Müdafiə Nazirliyi kiberhücuma məruz qaldı
11:35 07.05.2024
Müştərisinə mahnı oxuyan taksi sürücüsü: “Arzum, Qarabağ universitetində...” - VİDEO
11:30 07.05.2024
"Azərbaycan iqtidarlı bir ölkədir" - BMT Nümayəndəsi
"Azərbaycan iqtidarlı bir ölkədir" - BMT Nümayəndəsi
11:16 07.05.2024
Xüsusi təyinatlılarımız beynəlxalq təlimdə iştirak edir - VİDEO
11:05 07.05.2024
Azərbaycan mina problemini Dayanıqlı İnkişaf Məqsədlərinin 18-ci məqsədi kimi irəli sürüb
Azərbaycan mina problemini Dayanıqlı İnkişaf Məqsədlərinin 18-ci məqsədi kimi irəli sürüb
10:58 07.05.2024
ABŞ, Aİ və Böyük Britaniya Putinin andiçmə mərasimində iştirakdan imtina edib
ABŞ, Aİ və Böyük Britaniya Putinin andiçmə mərasimində iştirakdan imtina edib
10:55 07.05.2024
Rusiyada ABŞ casusu HƏBS EDİLİB
10:50 07.05.2024
Azərbaycan xüsusi təyinatlılarının iştirakı ilə "Anadolu Ankası - 2024" beynəlxalq axtarış-xilasetmə təlimi keçirilir
Azərbaycan xüsusi təyinatlılarının iştirakı ilə "Anadolu Ankası - 2024" beynəlxalq axtarış-xilasetmə təlimi keçirilir
10:45 07.05.2024
Xüsusi təyinatlılarımız beynəlxalq təlimdə iştirak edir - VİDEO
10:40 07.05.2024
İlon Maskın səhər rutini: "Oyanan kimi donat yeyirəm"
İlon Maskın səhər rutini: "Oyanan kimi donat yeyirəm"
10:30 07.05.2024
Qatarla Bakıdan Türkiyəyə getmək istəyənlərin nəzərinə: Dəmir yolu xətti bu tarixdə açılacaq
Qatarla Bakıdan Türkiyəyə getmək istəyənlərin nəzərinə: Dəmir yolu xətti bu tarixdə açılacaq
10:25 07.05.2024
Azərbaycan və Slovakiya arasında sənədlər imzalanıb
10:20 07.05.2024
Bakıda Azərbaycan-Slovakiya Biznes Forumu BAŞLADI
10:12 07.05.2024
Yaponiya dünyanın ilk 6G cihazını ixtira edib, normal internetdən 20x güclü
Yaponiya dünyanın ilk 6G cihazını ixtira edib, normal internetdən 20x güclü
10:00 07.05.2024
Hamısı