Əliyevin doktrinası Azərbaycanlılar seçkidə nə uddular?

Analitika 16:29 12.04.2018

Qeyri-standart qərarlar vermək, incə şəkildə manevr eləmək, dolaşıqlıq olan yerdə konkret olmaq bacarığı – İlham Əliyevi dünyanın siyasi elitasındakı həmkarlarından fərqləndirən keyfiyyətlər bunlardır

Ciddi siyasət dünyası siyasi texnoloqların təklifləri ilə aşıb-daşır. Və söyləmək ki, onlara ehtiyac yoxdur, kökündən yanlış olardı. Fəqət, heç də hər yerdə və həmişə texnoloq əməyi dəyərdə deyil – xüsusən də məsələ ciddi, bacarıqlı adamlar tərəfindən həyata keçirilən siyasətə aid olanda...

Siyasətçilərin ən qəliz məsələlərlə bağlı kənar iştirak olmadan universal qərarlar qəbul eləməsinə dair çoxlu nümunələr var. Bununla da onlar ali siyasi dəb elminin hikmətlərindən heç də texnoloqlardan pis baş çıxartmadıqlarını göstəriblər. Ayrı sözlə, özünü təsdiqləmiş idarəçilər orijinal və rasional uğur formulları tapmaqla dəbi elə özləri yaradırlar. Azərbaycanın lideri İlham Əliyevin solosu bunun bariz təsdiqi sayıla bilər.

İlham Əliyev nəzəriyyənin və tətbiqi intizamın uğurlu sintezini həyata keçirməklə yüksək idarəçilik pilotajı nümayiş etdirir. O, şəksiz ki, bu zaman milli seçicinin etimadına əsaslanır. İlham Əliyevin uzun illər sabitliyə hesablanmış kursu saxlamağa imkan verən konsepsiyasının özəlliyi məhz bundan ibarətdir.

İndilikdə Azərbaycanın ən böyük uğuru, nailiyyəti sübhəsiz ki, sabitlikdir. Elə bir sabitlik ki, istehsalçı qüvvələrə qarşıda duran vəzifələri yerinə yetirmək imkanları yaradır. Ölkədə sakitliyi və ahəngi təmin edə bilməyən hakimiyyətin qara qəpiklik də dəyəri yoxdur. Heç də az yaşı olmayan bir çox dövlətlərin daxili həyatını mövcud dövrün yerindən oynadan və laxladan fırtınalı küləkləri bir daha sabitliyin hansı yüksək qiymətdə olduğunu göstərir.

Konfliktə cəlb olunan və işğal problemi yaşayan ölkə stabil sayıla bilməz deyə, bu yerdə opponentlər etiraz da edə bilərlər. Ancaq belə qənaəti - bitməyən erməni işğalını bugünkü Azərbaycanın həssaslığının və ya zəifliyinin səbəbi saymaq ədalətlidirmi?

Qətiyyən... 2016-cı ilin aprel əməliyyatları İlham Əliyevin əvvəlki prezidentlik dövründəki konsepsiyasının təməl daşı olmaqla bütün zamanlar üçün ölkənin tarixinə qətiyyətin, bacarığın və inadkarlığın rəmzi kimi yazılıb. Təsadüfi deyil ki, Ermənistanın siyasi texnoloqları aprel döyüşləri haqda cəmiyyətə yalan sırımaqla arzu olunanı gerçək kimi təqdim eləməyə çalışırlar. Lakin necə deyərlər, belə səs-küy təbliğati heç lax yumurtaya da dəymir.

Azərbaycan Ordusunun döyüşkənliyi və bunun məntiqi davamı olaraq Cocuq Mərcanlı kəndinin dirçəlişi göstərdi ki, Azərbaycan regionda vəziyyətin sahibidir və qeyri-adekvat qonşumuzun cilovlanması kontekstində onun həqiqi məramı nələrdən ibarətdir. Avrasiyanın “Günəş kələfi”ndə yerləşən, fövqəldövlətlərin güclü diqqətində olan ölkə müstəqil şəkildə balanslı hərəkət vektoru qura bilir. Ona görə də Azərbaycan nəhənglərin davasında “nifaq alması” deyil. O, xarici təsir üçün zəif yer saxlamayıb və iri dövlətlərin oyunundan kənarda durmaq bacarığını sübut edib. Beynəlxalq hüququn subyektlərinin geosiyasi çəkisi də geosiyasi parametrlərlə, demoqrafiya göstəriciləri və ya başqa keyfiyyətlərlə ölçülmür, milli elitaların qlobal şəbəkədə öz təyinatını tapmaq qabiliyyəti ilə müəyyən edilir.

İlham Əliyevin dəst-xətti asanca tanınır. Bu dəst-xətt hər şeydən öncə həmvətənlərdə belə bir inam yaradır ki, ölkə düşünüb-daşınmış, proqramlaşdırılmış trayektoriya üzrə hərəkət edir və hər növbəti hərəkət ən xırda detallara kimi işlənilib.

Sirr deyil ki, böyük siyasət reytinq yaradıcılığı kimi bir sferanın vurğunu olur. Ancaq onunla heç də hamı dostluq eləmir. Söhbət kreativ siyasətçilərdən gedirsə, onlardan ötrü hərəkətlər zəncirində ən başlıca və ayrılmaz həlqə rasionallıqdır. Əgər bu həlqə real olaraq duyulursa, demək, uğurdan və ümidverici motivlərdən danışmağın məntiqi var.

Uğurlu siyasətçilər həmişə nəticəyə hədəflənirlər. Onlar üçün nə manupulyativ praktika, nə də ictimai şüurla jonqlyorluq rol oynamır, real axtarışın xeyrinə biganəlikdən qurtuluş önəm kəsb edir. Hər şey mühümlük, ictimai sifarişə nail olmaq anlayışı ilə edilir, onlar adamların təqdirinə səbəb olur və insanları hakimiyyətə inanmağa vadar edir.

Qeyri-standart qərarlar vermək, incə şəkildə manevr eləmək, dolaşıqlıq olan yerdə konkret olmaq bacarığı – İlham Əliyevi dünyanın siyasi elitasındakı həmkarlarından fərqləndirən keyfiyyətlər bunlardır. Bir çoxlarına daim öz imicini yaxşılaşdımaq haqda düşünmək, həmin o siyasi texnoloqlardan dəstək ummaq, başqalarını təqlid eləmək xüsusiyyəti xasdır. Ancaq natamamlıq kompleksindən qurtulmağın effektli bir resepti mövcuddur və o Azərbaycan liderində var. Onun mahiyyətində şəxsi dünyagörüşü və təsəvvürlər üzərində qurulmuş özəl imicə sahiblənmək hədəfi dayanır.

Seçkili koordinatlar sistemində yalnız bir realistik reytinq var: bu, səsvermənin yekunlarıdır. Bu nəticələrə hakimiyyətdəkilərin apardığı siyasətin nəticələri həmişə güclü təsir edir. Ayrı sözlə, seçicinin etimadı – islahatların effektivliyi, innovasiyalar və proqram fəaliyyəti göstəricilərinə yekin münasibətdir ki, bu da var.

Regionda sabitlik qövsü yaratmağa nail olan və yaradıcı fəaliyyətə təkcə həmvətənlərini deyil, qonşu ölkələrin də istehsalçı qüvvələrini cəlb edən İlham Əliyev birinci il deyil ki, mütləq liderdir. Etibarlılığın təməli məhz belə qoyulub – elə bunun üzərində də fəal çoxsahəli fəaliyyət davam edir.

İnsanlar proqnoza yatımlılığa, müəyyənliyə həmişə səs verməyə hazırdırlar, çünki hədəflərin aydınlığı uğurun yarıdan çoxu deməkdir. Ona görə də Azərbaycan seçicisi özünün tutarlı sözünü dedi və seçimini aşkar açıqfikirliliyin xeyrinə elədi.

"Bizim bizdən başqa dostumuz yoxdu" - Elman Nəsirov - VİDEO

Xəbər xətti

"Sabah" Gənclər Liqasının qalibi oldu
06:18 26.04.2024
Cəlilabadda QƏZA - 20 baş qoyun tələf olub
05:17 26.04.2024
Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar AŞKARLANDI
04:05 26.04.2024
Zelenski: “NATO ölkələri Rusiyadan qorxurlar”
03:00 26.04.2024
Filippində festival zamanı 45 nəfər istidən huşunu itirib
02:00 26.04.2024
Yunanıstan Paris olimpiadasının obyektlərini qorumaq üçün Fransaya “Crotale” HHM sistemləri verə bilər
01:00 26.04.2024
Futzal üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib
00:05 26.04.2024
İsrail HHQ “Hizbullah”ın Livandakı hədəflərinə zərbələr endirib
23:45 25.04.2024
Si Cinpin hərbi həkimləri mümkün müharibəyə hazır olmağa çağırıb
23:23 25.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medal qazanıb
23:00 25.04.2024
Stoltenberq NATO baş katibi postunu tərk edəndən sonra pilot ola bilər
22:40 25.04.2024
ADNSU-da COP29 çərçivəsində beynəlxalq konfrans keçirilir
22:22 25.04.2024
Britaniya İrana yeni sanksiyalar tətbiq edib
22:00 25.04.2024
Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədir
21:55 25.04.2024
Avtoxuliqanlıq edən sürücü HƏBS OLUNUB
21:41 25.04.2024
Makron: “Bugünkü Avropa ölümcül vəziyyətdədir”
21:22 25.04.2024
Bu tarixdən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır
21:00 25.04.2024
Ağdam Cümə məscidində ilk Azan VERİLİB
20:50 25.04.2024
Türkmənistan Xəzər dənizində mineral ehtiyatlarının mənimsənilməsi üçün yeni zavod tikir
20:39 25.04.2024
Sahibə Qafarova Monteneqroda rəsmi səfərdədir
20:34 25.04.2024
Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub
20:20 25.04.2024
Qumar oynayanları hansı cəzalar gözləyir? - Hüquqşünas AÇIQLAYIR
20:00 25.04.2024
Azərbaycan Prezidenti Füzuli Hava Limanından ilk dəfə olaraq Berlinə yola düşüb
19:50 25.04.2024
Ali Radanın deputatı: Müharibələr üçün pul kisəsi olan Vardanyan Nobel Sülh Mükafatına layiq görülə bilməz
19:40 25.04.2024
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb
19:30 25.04.2024
Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib - YENİLƏNİB
19:30 25.04.2024
Ərdoğan Türkiyədə Qazaxıstanın baş nazirini qəbul edib
19:20 25.04.2024
Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib
19:07 25.04.2024
Bakıda ilk dəfə işıqforlarda velosiped bölmələri quraşdırılır
19:00 25.04.2024
Malıbəylidə aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb
18:35 25.04.2024
Lənkəranda ağır QƏZA – Xəsarət alan var
18:27 25.04.2024
Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib
18:19 25.04.2024
Azərbaycan-Ermənistan sərhədində 20 sərhəd dirəyi quraşdırılıb
18:08 25.04.2024
ABŞ HƏMAS-a çağırış edib
ABŞ HƏMAS-a çağırış edib
17:53 25.04.2024
Annalena Berbok: “Mən şadam ki, bu il Azərbaycan COP29-un ev sahibidir”
Annalena Berbok: “Mən şadam ki, bu il Azərbaycan COP29-un ev sahibidir”
17:53 25.04.2024
Laçında ilk dəfə peşə yarmarkası keçirilir
17:50 25.04.2024
Buraxılış imtahanlarında ən yüksək nəticə göstərən RAYONLAR
17:45 25.04.2024
PSJ-nin prezidenti “Qarabağ”ı təbrik etdi
17:40 25.04.2024
Euronyuz: Bakı limanı Avrasiya ticarət mərkəzi genişlənir və artımı sürətləndirir - VİDEO
Euronyuz: Bakı limanı Avrasiya ticarət mərkəzi genişlənir və artımı sürətləndirir - VİDEO
17:28 25.04.2024
Prezident İlham Əliyev Sadır Japarova Qarabağ atı hədiyyə edib
17:04 25.04.2024
Hamısı