‘’Allah Türkiyəni qorudu’’ Ərdoğanın yaxın adamı

Analitika 15:04 25.06.2018

Türkiyədə keçirilən və bu ölkəni yeni sistemə keçirən seçkilər tamamlanıb. Musavat.com xəbər verir ki, səslərin nəticəsinə görə, Rəcəb Tayyib Ərdoğan böyük səs çoxluğu ilə (52 faiz) Yeni Türkiyənin ilk cümhurbaşkanı (prezidenti) seçilib. Məsələnin ən önəmli tərəfi budur ki, seçkilər ilk turda yekunlaşıb və Türkiyənin ikinci tura, bununla da siyasi böhrana girəcəyini gözləyənlərin xəyalları puç olub.

Azərbaycan da bu seçkiləri həyacanla və yaxından, anbaan izləyib. Sosial şəbəkələrdəki azərbaycanlılar Türkiyədə paralel olaraq prezident və parlamenti seçən bu seçkiləri o qədər tərəfdaşlıqla izləyirdilər ki, sanki seçkin onların öz ölkələrində keçirilirdi. Bu atmosfer siyasi düşərgələrdə də var idi. Təsadüfi deyil ki, Türkiyənin yeni prezidentini ilk təbrik edən də Azərbaycandan oldu - prezident İlham Əliyev.

Erdoğan'a yurtdışından ilk tebrik ile ilgili görsel sonucu

Hər şey Türkiyə üçün yaxşıdırsa, təbii ki, Azərbaycan üçün də yaxşıdır. Bu baxımdan, böyük bir siyasi kampaniyanı uğurla başa vuran Türkiyə Cümhuriyyəti dövlətini, qardaş türk xalqını təbrik etmək lazımdır.

Prezident seçkisi ilə paralel keçirilən parlament seçkisinin də nəticələri maraqlı olub. İlk açıqlamalarında R.T. Ərdoğanın özünün də dediyi kimi, məhz bu məsələdə iqtidardakı AK Partiya məqsədə çata bilməyib. Lakin Azərbaycan və bizim ‘’Yeni Müsavat’’ Media Qrupumuz üçün önəmli partiyalardan biri – MHP yeni dönəmin və Cümhur İttifaqının kilid partiyasına çevrilib. Böyük siyasətçi və dövlət adamı olan Dövlət Bahçeli özünün gediş və manevrləri ilə həm Türkiyəni, həm də MHP-ni siyasi krizislərdən çıxardaraq, bu seçkilərin əsas qəhramanlarından biri olmağı bacardı.

Təbii ki, burada əsas qəhrəman Tayyib Ərdoğandır. Bu fenomenal şəxsiyyət, bu böyük və güclü lider növbəti dəfə bütün rəqiblərini – bu dəfə də həmin rəqiblərin arxasında duran xarici güclərlə bərabər, məğlub etməyi və iqtidarda qalmağı bacardı. Hansı ki bu faktın özü - Tayyib Ərdoğanın iqtidarda qalması Türkiyənin və türk xalqının böyük təlatüm, parçalanma və təlatümlərdən qorunması deməkdir. Elə bir situasiya yaranıb ki, Ərdoğan demək, Türkiyə demək anlamındadır. Özünün seçki kampaniyalarında bir dəfə də olsun Azərbaycandan, Dağlıq Qarabağdan danışmayan, türk dünyasına əhəmiyyət verməyən digər iddiaçılardan fərqli olaraq, T. Ərdoğan artıq bir azərbaycançı, türk dünyasına sipər olan, Alparslan Türkeşin dış türklər konsepsiyasını dövlət siyasətinə çevirən dəyərli öndərdir.

e3367117-2969-48c9-a737-42364ce47a8e.jpg (45 KB)

Mehmet Mutlu T.Ərdoğanla (arxiv)

Türkiyədəki seçkiləri bizim üçün şərh edən qiymətli dostum, qardaşım Mehmet Mutlu düz təsbit edib. O, sandıqlar açılandan az sonra mənə yazdığı məktubunda qeyd edir: ‘’Allah Türkiyəni qorudu, türkləri qorudu, müsəlmanları qorudu...’’

Bundan iki gün öncə qəzetimizə müsahibə verən Mehmet bey Tayyib Ərdoğanın qalib olacağını, AKP-nin seçkiləri udacağını əminliklə demişdi. (Bax - http://musavat.com/mobile/news/qelebe-akp-nindir-mehmet-mutlu_535964.html)

Bilənlər bilir, bilməyənlər üçün deyim ki, Mehmet Mutlu bey Türkiyənin əski və yeni Cümhurbaşkanı Tayyib Ərdoğanın doğma dayısı oğlu, qardaş ölkənin sayğın iş adamı, Azərbaycanı da çox sevən bir qardaşımızdır. Türkiyə Cocuk Oyunları Konfederasiyası başkanı kimi, önəmli bir ictimai vəzifə də daşıyır - cocuqlara mutluluq bəxş etmək onun həyatının anlamıdır. Olduqca dürüst, açıq sözlü, düşündüyünü birbaşa deyəndir. Zaman-zaman söhbətlərimizdə AK Partini tənqid etdiyinin şahidi olmuşam. Tayib bəyə isə sonsuz inamı və sevisi var.

Seçkilərə dair yolladığı kiçik şərh də onun bu dürüstlüyünün və tam dəqiq təsbitlərinin nəticəsidir.

Mehmet bəy mənə xitabən yazır: ‘’Raufcum, təxmin etdiyim kimi oldu, Cümhurbaşqanımızla bağlı heç bir narahatçılıq yaşamırdım. Prezident seçkilərində Rəcəb Tayyib Ərdoğanın seçiləcəyi ilə bağlı tərəddüdüm yox idi. Yalnız AK Partiyanın səs itirəcəyi ilə bağlı narahatlığım var idi, o da özünü doğrultdu; namizədlərin qeydiyyatı ilə bağlı bəzi texniki xətalar baş vermişdi. Bəzi bölgələrdəki həssalığa diqqət etmədik, etnik qrupları nəzərə almadıq, təriqət liderləri ilə ciddi məsləhətləşmələr aparmadıq. Bir sıra hallarda, Cümhurbaşqanımızı da yanıltdılar. Bu səbəblərdən də AK Partiya olaraq millət vəkili sayımız azaldı. CHP və HDP-nin iş birliyi bəhərini HDP-nin xeyirinə verdi. Lakin Türkiyə Böyük Millət Məclisində AK Partiya və MHP ilə yola davam edəcəyik. Allah Türkiyəni, türkləri, müsəlmanları, İslam aləmini qorudu. Bu seçkinin sosioloji tərəfi daha böyükdür, bu səbəbdən böyük Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğandır. Şükürlər olsun ki, Allah bizləri sevir, qoruyur. Türkiyəyə, türk millətinə xeyirli, uğurlu olsun. Bu, sadə bir seçki deyildi, içəridəki tərəfdarları ilə birlikdə yaradılan xarici koalisiyanın Ərdoğanı devirmək, Türkiyəni müstəmləkə etmək planına qarşı mübarizə idi. Allahın köməyi, Prezident Ərdoğanın əzmilə seçkini qazandıq. Xeyirli, uğurlu olsun, bütün insanlığa”.

Şərhinə əlavə olaraq da yazır: ‘’Azərbaycan da bir parçamızdır, onu özümüzdən ayrı düşünmürük, bu baxımdan, bu, həm də Azərbaycanın qələbəsidir’’. 

Türkiyənin ən məlumatlı adamlarından birinin qısa şərhindəki məqamlara diqqət etdiniz, yəqin. Açıq şəkildə deyir ki, bu, sadə seçki deyildi, bir savaş idi. Ərdoğanı devirmək istəyən daxili və xarici güclərin oluşdurduğu koalisiyaya qarşı böyük mücadilə idi.

Mən bu dəyərləndirmə ilə tam razıyam. Türkiyəmizə xeyirli-uğurlu olsun. Özünü türk bilən, insan bilən, Türkiyəni sevən hər kəsi təbrik edirəm.

Türk xalqının seçimi kimdirsə, biz də onun yanındayıq.  

285b0b4c-109e-4a2f-a954-1e6d69f5c44b.jpg (66 KB)

Mehmet Mutlu Azərbaycanın Şəhidlər Xiyabanında (arxiv)

Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO

Xəbər xətti

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib
23:45 26.04.2024
İsrailin milli təhlükəsizlik nazirinin olduğu avtomobil qəzaya uğradı
23:23 26.04.2024
Nigeriyada azı 11 nəfər çökən binanın dağıntıları altında qalıb
23:00 26.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionu olub
22:44 26.04.2024
İsveçrə parlamenti Ukraynaya yardım planını dəstəkləyib
22:21 26.04.2024
Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb
22:00 26.04.2024
Monteneqro Baş nazirinin müavini: Azərbaycanla əlaqələrə böyük önəm veririk
21:52 26.04.2024
Niderlandın Baş naziri: NATO-nun cənub qanadının Türkiyənin liderliyinə ehtiyacı var
21:44 26.04.2024
Monteneqro Parlamentinin sədri: Hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişik
21:33 26.04.2024
Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
21:22 26.04.2024
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
21:18 26.04.2024
Ermənistanda polis etirazçılara qoşulan deputatları SAXLAYIB
21:00 26.04.2024
Şəkidə tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşüb
20:46 26.04.2024
Sutka ərzində Qəzzada 51 nəfər ÖLÜB
20:33 26.04.2024
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
20:30 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB-2
20:27 26.04.2024
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
20:20 26.04.2024
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
20:15 26.04.2024
Əşrəf Veysəlli şeirini öz səsi ilə oxuyur - VİDEO
20:00 26.04.2024
Prezident İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb - YENİLƏNİB
19:48 26.04.2024
Annalena Berbok: ““Almaniya Azərbaycanın COP29-a sədrliyinin dəstəklənməsi üçün səylərini davam etdirəcək”
19:45 26.04.2024
Axşamdan etibarən paytaxtın bu ərazisində qaz OLMAYACAQ
19:38 26.04.2024
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
19:22 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb
19:11 26.04.2024
Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib
19:10 26.04.2024
Vəkilliyə qəbulla bağlı imtahanın vaxtı AÇIQLANIB
19:00 26.04.2024
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başlayıb
18:44 26.04.2024
Azərbaycan və Ermənistan sərhədində 28 sərhəd dirəyi quraşdırılıb
18:36 26.04.2024
İlham Əliyev Almaniya Prezidentinin iqamətgahında xatirə kitabını imzalayıb
18:29 26.04.2024
Azərbaycan boks millisinin məşqçisi: İki bürünc medal bizim üçün uğur sayıla bilməz
18:18 26.04.2024
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO
18:00 26.04.2024
Qazaxıstan müdafiə nazirinin birinci müavini HHQ-nin Komanda Məntəqəsində olub
17:46 26.04.2024
Prezidentin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü başladı
17:25 26.04.2024
Prezident Almaniyanın xarici işlər naziri ilə görüşdü
17:21 26.04.2024
Sürücülərin NƏZƏRİNƏ: Bakının bir küçəsi iki gün bağlı olacaq
17:05 26.04.2024
Qərb Cənubi Qafqazı Ukraynalaşdırmaq istəyir - Deputat Elman Nəsirov-VİDEO
17:00 26.04.2024
36 azərbaycanlı tələbə İsveçin Təqaüd Proqramının QALİBİ OLDU
16:38 26.04.2024
Ailəsi ilə birgə oğlu tərəfindən öldürülən direktorun yerinə TƏYİNAT
16:26 26.04.2024
Dünən 4 il sonra daha bir tarixi hadisəyə şahid olduq! – VİDEO
16:24 26.04.2024
Ukayna hərbi xidmətə məhdud yararlı şəxsləri ordu sıralarına cəlb edəcək
16:20 26.04.2024
Hamısı